"Avrora Qrup" Azərbaycanın ən böyük ixracatçıları siyahısındadır - 15 QAT ARTIM
Qeyri neft sektorunda ixracla məşğul olan və ölkəmizə valyuta gətirən Azərbaycan şirkətlərinin siyahısı açıqlanıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin paylaşdığı “İxrac icmalı”nın aprel siyahısında "Avrora Qrup" ilk sıralarda qərarlaşıb. Belə ki, Qrup, 2025-ci ilin yanvar-mart ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda 9,5 milyon dollarlıq ixrac məbləği ilə 6-cı yeri tutub. "Avrora Qrup" 2024-cü ilin enyi dövründə cəmi 644 min dollarlıq ixrac həyata keçirmişdi. Beləliklə, şirkətin ixracı bu ilin ilk rünüdə ötən ilin ilk rübü ilə müqayisədə 15 dəfə artıb.
Qrupun yaydığı məlumatda bildirilir ki, Şirkət 22-dən çox ölkəyə makaron və qənnadı, sərinləşdirici içkilər və xammal satışı həyata keçirib. Qeyd edək ki, milli brendlərimiz olan Doymak, Bizon, Berg, Harika və s. məhsullar əsasən Rusiya, Gürcüstan, Özbəkistan, Qazaxıstan, İsrail, Çin, Kanada, ABŞ, İngiltərə, BƏƏ, Ukrayna və s. bazarlarına satılıb.
Avrora Qrup ixrac imkanlarını genişləndirmək, ölkəmizi beynəlxalq arenada tanıtmaq üçün 2024-2025-ci illərdə “Worldfood Istanbul”, Sial Paris, “Prodexpo Moscow”, “Gulfood Dubai”, “Anuga Koln” sərgilərində iştriak etmiş, yeni ixrac müqavilələri imzalamışdır.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 d. əvvəl
-
-
48 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Azərbaycan neftinin son qiyməti
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq
























