Azərbaycan Mərkəzi Bankı ərəb ölkəsinin mərkəzi bankı ilə anlaşdı
Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Birləşmiş Ərəb Əmirliklərinin Mərkəzi Bankı arasında əməkdaşlıq genişlənirAzərbaycan Respublikası Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov və sədrin müşaviri Ülvin Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərinə səfər ediblər.
Mərkəzi Bankın yaydəğı məlumatda bildirilir ki, səfər çərçivəsində BƏƏ Mərkəzi Bankının (BƏƏMB) sədri Xaled Məhəmməd Balama ilə görüş təşkil olunub. Görüş zamanı iki ölkənin bank-maliyyə sektorları arasında mövcud əlaqələr, mərkəzi banklar arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə həmçinin mərkəzi banklar tərəfindən maliyyə, bank və sığorta, eləcə də rəqəmsal ödənişlər infrastrukturu və nəzarət texnologiyaları sahəsində tənzimləyici və qanunverici çərçivələrin təkmilləşdirilməsi üzrə görülən işlər müzakirə edilib, qurumlar arasında sıx və məhsuldar əlaqələrin genişləndirilməsinin önəmi vurğulanıb.
Görüşün sonunda maliyyə sektoru üzrə əməkdaşlıq, təcrübə və məlumat mübadiləsinin möhkəmləndirilməsi məqsədilə AMB və BƏƏMB arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.
Tərəflər Memorandum çərçivəsində bankçılıq, sığorta, ödəniş xidmətləri, ödəniş sistemləri və maliyyə bazarlarının digər sahələri ilə bağlı qanunvericilik bazasının müzakirəsi, sürətli ödəniş sistemləri kimi pərakəndə ödəniş sistemlərinin qarşılıqlı inteqrasiyasının qiymətləndirilməsi, həmçinin qabaqcıl təcrübə haqqında məlumat mübadiləsinin aparılması istiqamətində əməkdaşlıq edəcəklər. Bununla yanaşı, hər iki qurum təcrübə və bilik mübadiləsi, o cümlədən qarşılıqlı maraq kəsb edən məsələləri müzakirə etmək üçün görüş, kurs, seminar və işgüzar səfərlərin keçirilməsi sahəsində qarşılıqlı fəaliyyət göstərəcəklər.
Sədrlər Anlaşma Memorandumunun iki dost ölkə arasında iqtisadi, ticarət və investisiya sahələrində əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcəyi ilə bağlı əminliklərini vurğulayıblar.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
44 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
4 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq

























