Türkiyəli iş adamları dünyaya "Cocuq Mərcanlı" məhsulları ixrac edəcəklər
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov sentyabrın 11-də Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin sədri Ali İhsan Genç və Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim ilə görüşüb.
"Marja" Komitəyə istinadən xəbər verir ki, bu gün isə artıq sakinlər geriyə qayıtdıqdan sonra Türkiyədən olan iş adamlarının Cocuq Mərcanlıda müxtəlif layihələr həyata keçirmək məqsədilə yenidən xalqımızın yanında olduğunu deyən komitə sədri onların bu təşəbbüslərini yüksək dəyərləndirib və nümayəndə heyətinə minnətdarlığını bildirib.
Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin sədri Ali İhsan Genç Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində kənd təsərrüfatı ilə bağlı planlaşdırdıqları layihələr haqqında məlumat verib və bildirib ki, nümayəndə heyəti Cocuq Mərcanlı kəndinə səfər edib, kənd sakinləri ilə görüşərək həyata keçirmək istədikləri layihələrlə bağlı fikir mübadiləsi aparıb, onların rəy və təkliflərini dinləyiblər.
Ali İhsan Genç qeyd edib ki, onların məqsədi uzun illərdən bəri istifadəsiz qalmış əkinəyararlı torpaqların yenidən əkin dövriyyəsinə qatılmasına və kənd təsərrüfatının önəmli sahələrindən biri olan heyvandarlığın inkişaf etdirilməsinə dəstək verməkdir. Həmçinin məqsəd bunun üçün birlikdə işləyərək orada yaşayan sakinlərin iş vərdişlərinin və dolanışıq imkanlarının bərpasına nail olmaqdır.
Eyni zamanda, burada istehsal olunacaq hər hansı bir məhsul Cocuq Mərcanlı adı ilə dünyaya ixrac olunacaq və bununla da həyata keçiriləcək layihənin iqtisadi və sosial tərəfi ilə yanaşı, siyasi əhəmiyyəti də rol oynayacaq.
Diqqətə çatdırılıb ki, bununla əlaqədar olaraq mütəxəssislərdən ibarət birgə işçi qrupu yaradılıb və həyata keçiriləcək layihələrlə bağlı hərtərəfli iş aparılır. Hazırda kənd təsərrüfatında istifadə olunacaq torpaq sahələrindən nümunələr götürülərək laboratoriyalara göndərilib.
Baş nazirin müavini Əli Həsənov Qurban bayramında Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin və Gəncliyə Yardım Fondunun birgə iştirakı ilə Cocuq Mərcanlı kəndində yaşayan sakinlərə qurban əti paylanmasına görə təşəkkürünü bildirib. O qeyd edib ki, Cocuq Mərcanlıda yaşayan sakinlər bütün dünyaya öz doğma torpaqlarına necə bağlı olduqlarını göstərdilər. Bu gün Cocuq Mərcanlıda olan hər bir tədbir tarixi hadisədir və tarixə düşür.
Müştərilərin xəbərləri
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 16 d. əvvəl
-
-
41 d. əvvəl
"İPO üzrə parametrləri Novruz bayramından dərhal sonra açıqlayacağıq"
-
55 d. əvvəl
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
-
1 saat əvvəl
“129 milyon manat və ya xalis mənfəətin 60%-i həcmində dividend ödənişimiz olub”
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
Ən çox oxunanlar
Sabaha olan hava proqnozu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı

























