Xaricdən idxal olunanların süni olması, yerli istehsala təkan verdi
Bazar-dükanlarda xarici ölkələrdən gətirilən müxtəlif adda düyü məhsulları çoxalıb ucuz qiymətə satılanda yerli çəltikçilər peşələrindən əl çəkməli oldular. Getdikcə insanlar başa düşdülər ki, onların istifadə etdiyi estetik baxımdan gözəl görünən düyü süni yolla hazırlanırmış. Beləliklə, yerli düyüyə tələbat yarandı. Lənkəran, Astara, Masallı rayonlarında bu iş təzədən vüsət aldı.
Fermerlər, torpaq mülkiyyətçiləri, sahibkarlar çəltik əkməkdən canla-başla yapışdılar. İndi onlar yetişdirdikləri düyünün hər kiloqramını 6-7 manata satırlar. Müştəriləri də istənilən qədərdir.
Masallı rayonunda bu il 195 hektarda çəltik əkilmişdir. Keçən il isə çəltik əkilmiş sahə cəmi 8 hektar olmuşdur. Torpaq mülkiyyətçiləri, fermerlər əkini vaxtında aparmış, sahələrə nümunəvi qulluq göstərmişlər. Çəltik suya ən çox tələbatı olan bitkilərdəndir. Rayon Suvarma Sistemləri İdarəsinin kollektivi buna görə səylə çalışmış, əkinləri sudan korluq çəkməyə qoymamışdır. Nəticədə Boradigah, Qarğalıq, Xıl, Şıxlar, Sərçuvar kəndlərində yaxşı məhsul yetişdirilmişdir.
Artıq çəltik biçininə başlanılıb. Qarğalıq kəndi ərazisində Hasil Hüseynovun sahəsindən qalxan düyü ətri uzaqdan da hiss olunurdu. Məhsul hələ tam hasilə gəlməsə də, təbii düyü, onun gözəl ətri barədə deyilənləri təsdiqləyirdi. H.Hüseynov 3,5 hektar sahədə məhsul yetişdirib. Natəvan Quliyeva, Əfsanə Abasova, Ceyran Nuriyeva, Ülviyyə Muradova və başqaları çəltiyi oraqla biçib dərzləyir, cərgə ilə düzürdülər. Briqadir Ziya Muradovdan məhsulun nəyə görə kombaynla yox, oraqla biçildiyini soruşduq. Dedi ki, əvvəla, çəltikbiçən kombaynımız hələlik yoxdur, taxılbiçən isə müəyyən itkiyə yol verir. Bir də indi onu biçib dərz şəklində bir müddət saxlayırıq, dərzlər qalıb quruyur. Belə etməsək, sahədə müəyyən qədər nəmlik qaldığından məhsulun tam quruması ləngiyir, onda da məhsulun bir hissəsi itkiyə gedir. Belə ki, sərçələr çəltiyə dadanır, məhsulu yeyib aparır. Bütün bunları nəzərə alaraq planlaşdırmışıq ki, biçini beş iş gününə başa çatdıraq. Biçilmiş dərzlər tam quruyandan sonra taxılbiçən kombaynın vasitəsilə döyüləcək.
Biçinçilər hər iş gününün axırında 10 manat alırlar. Onlar bundan razıdırlar. Üstəgəl onların nahar fasiləsi üçün burada lazımi şərait yaradılmışdır. İşçilərə samovar çayı, isti yemək verilir. Bu mövsümdə çəltikçilər məhsullarını döyüb düyü halına salmaqdan ötrü Lənkəran və ya Astara rayonlarına getməyəcəklər, çünki Şıxlar kəndindəki köhnə dəyirman əsaslı şəkildə təmir edilərək işlək vəziyyətə gətirilmişdir.
Şıxlar kəndində Elşad Abdullayevlə görüşdük. O, 5 hektar sahədən əldə etdiyi çəltiyi düyü halına salmaq üçün dəyirmana gətirmişdi. Dedi ki, hər hektardan 2,5 ton hazır məhsul gözləyir.
Ümumiyyətlə, Masallıda çəltikçiliyə maraq ildən-ilə artır və düyüsü əhali tərəfindən rəğbətlə qarşılanır. Niyə də qarşılanmasın?! Axı “Haşimi”, sədri və digər növdən olan ətirli düyülər süfrələrin bəzəyinə çevrilir.
© "Azərbaycan"
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 21 saat əvvəl
-
22 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
22 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
22 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
























