Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
Unibank 2025–2029-cu illəri əhatə edən genişmiqyaslı Dayanıqlılıq Strategiyasını və ona əsaslanan Dayanıqlılıq Siyasətini təsdiq edib. Bu sənədlər bankın milli prioritetlərə, beynəlxalq ESG standartlarına və bazar trendlərinə uyğun uzunmüddətli dəyər yaratmaq məqsədi daşıyan fəaliyyət istiqamətlərini əhatə edir.
Bankın yaydığı press-relizdə bildirilir ki, strategiya, dayanıqlı maliyyə sahəsində beynəlxalq qabaqcıl təcrübələrə uyğunluğun təmin edilməsi məqsədilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən nəzərdən keçirilib.
Sənədin hazırlanması yaşıl iqtisadiyyatın təşviqi, COP29 və Paris Sazişi çərçivəsində iqlim öhdəlikləri, həmçinin “Azərbaycan 2030” Milli Prioritetləri fonunda bank sektorunun artan rolu ilə əlaqədar aktuallıq qazanıb. Bununla yanaşı, Mərkəzi Bankın dayanıqlı maliyyə sahəsində verdiyi tövsiyələr və beynəlxalq tərəfdaşların gözləntiləri nəzərə alınaraq, Unibank bu istiqamətdə sistemli və strateji yanaşmanı əsas götürüb.
Strategiya beş əsas istiqamət üzrə formalaşdırılıb: korporativ idarəetmə və mədəniyyət, dayanıqlı maliyyə məhsulları, risklərin idarə edilməsi, maraqlı tərəflərlə əməkdaşlıq və şəffaflıq. Hər bir istiqamət bankın ESG hədəflərinə uyğundur və 6 Dayanıqlı İnkişaf Məqsədinə birbaşa və dolayı töhfə verməyi hədəfləyir. Eyni zamanda Unibank dayanıqlılığın korporativ idarəetməyə inteqrasiyası üzrə qabaqcıl beynəlxalq təcrübə və tövsiyələr əsasında institusional strukturu formalaşdırıb. Müşahidə Şurası və İdarə Heyəti səviyyəsində müvafiq komitələr yaradılıb, strategiyanın icrasına nəzarət və koordinasiya mexanizmləri müəyyən edilib.
Unibank artıq bu istiqamətdə konkret addımlar atmağa başlayıb. 2024-cü ildə bank ölkədə ilk dəfə beynəlxalq standartlara uyğun yaşıl istiqraz emissiyasını həyata keçirib. Həmçinin, qabaqcıl beynəlxalq təcrübəni əsas götürərək, yaşıl və sosial layihələrin seçilməsi, dayanıqlı maliyyə alətlərinin gəlirlərinin istifadəsi və onların açıqlanması ilə bağlı əsas prinsipləri müəyyən edən Dayanıqlı Maliyyə Çərçivəsi hazırlanıb və 19 iyul 2024-cü il tarixində Müşahidə Şurası tərəfindən təsdiqlənib.
Strategiyanın icrası barədə məlumatlar “Unibank”ın rəsmi saytında dayanıqlılıq məsələlərinə həsr olunmuş hissədə mütəmadi olaraq paylaşılacaq.
Ətraflı: https://unibank.az/az/sustain/index
Müştərilərin xəbərləri
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 d. əvvəl
-
-
15 d. əvvəl
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
- 38 d. əvvəl
-
1 saat əvvəl
"İPO üzrə parametrləri Novruz bayramından dərhal sonra açıqlayacağıq"
-
1 saat əvvəl
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
-
1 saat əvvəl
“129 milyon manat və ya xalis mənfəətin 60%-i həcmində dividend ödənişimiz olub”
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
Ən çox oxunanlar
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
Sabaha olan hava proqnozu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı





















