İri xarici bank Azərbaycan üçün yeni 5 illik strateji əməkdaşlıq planını təsdiqləyib
Asiya İnkişaf Bankı (AİB) Azərbaycan üçün 2025–2029-cu illəri əhatə edən yeni Ölkə Tərəfdaşlıq Strategiyasını (ÖTS) təsdiq edib.
Bunu bankdan bildirilib.
Strategiyada ölkənin inkişaf hədəflərinə çatmaq üçün dəyər yaradılması, inteqrasiya və dayanıqlılıq əsas prioritetlər kimi vurğulanır. Beşillik strategiya iki əsas istiqamətə fokuslanacaq - "yaşıl" və şaxələndirilmiş iqtisadiyyatın qurulması, aşağı-karbonlu bağlantıların və inklüziv inkişafın təşviqi.
ADB-nin Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal bildirib ki, bank yeni strateji mərhələdə dayanıqlı iqtisadi artımın təmininə, özəl sektorun aparıcı rol oynadığı inkişaf modelinə keçidə, maliyyə sektorunun gücləndirilməsinə və regional əməkdaşlığın dərinləşdirilməsinə önəm verir.
“ADB uyğunlaşdırılmış strateji investisiyalar və birgə səylər vasitəsilə Azərbaycanın inkişaf prioritetlərinə çatmasına, regional təşəbbüslərin irəlilədilməsinə və ölkə vətəndaşları üçün firavan gələcəyin qurulmasına dəstək verməyi hədəfləyir”, - deyə o qeyd edib.
Yeni strategiya Azərbaycanın milli inkişaf strategiyaları ilə uzlaşdırılıb və mövcud çağırışların həllinə, eyni zamanda "yaşıl" və dayanıqlı artım imkanlarının reallaşdırılmasına yönəlib. Strategiya çərçivəsində innovasiya, yüksək əlavə dəyərli məhsul və xidmətlərin inkişafı, eləcə də peşəkar insan kapitalının gücləndirilməsi kimi istiqamətlər üzrə rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması nəzərdə tutulur.
Məlumatda qeyd edilir ki, strategiyanın nəticələri təkcə ÜDM-in artımı ilə deyil, əhalinin rifahı, ətraf mühitin qorunması və qlobal ictimai mallara töhfə baxımından da qiymətləndiriləcək. Bu məqsədlə sənəddə iqlim fəaliyyətinin gücləndirilməsi, fəlakət risklərinin idarə olunması, gender bərabərliyi və rəqəmsal transformasiya kimi sahələrdə təşəbbüslər planlaşdırılır.
Qeyd edək ki, ADB Asiya və Sakit Okean regionunda inklüziv, davamlı və dayanıqlı inkişafı dəstəkləyən aparıcı çoxtərəfli inkişaf bankıdır. Bank üzv ölkələr və tərəfdaşlarla birlikdə mürəkkəb qlobal çağırışların həllində innovativ maliyyə alətlərindən və strateji əməkdaşlıqlardan istifadə edir. 1966-cı ildə yaradılmış ADB-nin 69 üzvü var ki, onların 50-si region ölkələridir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 8 d. əvvəl
-
- 21 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
2 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Ən çox oxunanlar
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
Dövlət Vergi Xidmətinin rəisinə və baş idarə rəislərinə ali rütbələr verildi, işçiləri təltif edildilər - SİYAHI
Energetika naziri İranın səfirini qəbul edib - Dövlət Komissiyasının iclası keçiriləcək
























