Coca-Cola həyəcanla gözlənilən yay kampaniyasına davam edir
(®) Milyonlarla insanın sevilən içki brendi olan Coca-Cola həyəcanla gözlənilən musiqili-əyləncəli yay kampaniyasına davam edir. Belə ki, şirkət 3 iyul – 10 sentyabr müddətində “Musiqi 2025” stimullaşdırıcı lotereyasını həyata keçirir.
Lotereyaya daxil olan məhsullar xüsusi etiketli və sarı qapaqlı 0.5 l-lik “Coca-Cola” Klassik, “Coca-Cola” Sıfır Şəkər, “Fanta” Portağal və “Sprite”dır.
Lotereya iştirakçısı olmaq üçün qeyd olunmuş məhsullardakı sarı qapaqların altındakı unikal 10 rəqəmli kodu 7676 nömrəsinə pulsuz SMS göndərməklə qeydiyyatdan keçirmək lazımdır. Həmçinin ilk dəfə bu kampaniyada qeydiyyat Telegram sosial şəbəkəsi üzərindən də aparılır. Belə ki, sərinləşdirici içkinin etiketinin üzərində olan QR kodu skan etməklə yönləndirildiyiniz Telegram hesabına kodu göndərməyiniz mümkündür.
Lotereya tirajları lotereya müddətində hər həftənin çərşənbə günü Gənclik Mall ticarət mərkəzinin -1 mərtəbəsində yerləşən stenddə xüsusi proqram təminatı vasitəsilə təsadüfi seçim əsasında və ictimaiyyət nümayəndələrindən ibarət müstəqil münsiflər heyətinin iştirakı ilə şəffaf şəkildə həyata keçirilir.
Qaliblərə aşağıdakı hədiyyələrdən biri təqdim edilir:
- Coca-Cola ilə Ekskluziv Musiqi Təcrübəsi – Jah Khalib konsertinə 2 nəfərlik bilet – 12 ədəd
- iPhone 16E – 60 ədəd
- iPad mini – 120 ədəd
- AirPods 4 – 200 ədəd
- Coca-Cola loqotipi olan çanta – 2000 ədəd
- Coca-Cola loqotipi olan səsgücləndirici – 6500 ədəd
Qeyd edək ki, tirajlar həftəlik olaraq baş tutur və tirajın oynanılacağı gün başladıqdan etibarən göndərilən kodlar artıq növbəti həftənin tirajında oynanılır. Lotereyalar haqqında qanunun 7.1-1 maddəsinə uyğun olaraq lotereyada iştirak edən istehlakçıların hər birinin qazanma şansı var. Suallar və daha ətraflı məlumat üçün 088 4441 nömrəsi ilə əlaqə saxlamaq olar.
Xatırladaq ki, Coca-Cola fəaliyyət göstərdiyi ölkələrdə musiqi və əyləncənin ayrılmaz hissəsinə çevrilib. Coca-Cola ötən illərdə Azərbaycanda Musiqili Yay Kampaniyası ilə yanaşı “Coke Studio ilə Xəzər Festivalı” və digər musiqili-əyləncəli tədbirlər keçirib.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
39 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
4 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq




























