Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq
“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı bildirir ki, xarici ölkələrdə qeydiyyatdan keçmiş nəqliyyat vasitələri Azərbaycan Respublikası ərazisinə daxil olarkən nəqliyyat vasitələrinin sahibləri “Yaşıl Kart” beynəlxalq sığorta müqaviləsi təqdim etmədikdə həmin nəqliyyat vasitəsi üçün sərhəd sığorta müqaviləsi bağlanmalıdır.
Hazırda bu müqavilələr sərhəd-keçid məntəqələrində sığorta şirkətlərinin əməkdaşları tərəfindən yerində rəsmiləşdirilir. 01 oktyabr 2025-ci il tarixindən etibarən sərhəd-keçid məntəqələrində sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq. Müqavilələr yalnız əvvəlcədən – “www.tpl.az” onlayn platforması vasitəsilə və ya ölkə ərazisində fəaliyyət göstərən sığorta şirkətlərinə müraciət etməklə bağlanacaq.
İSB tərəfindən istifadəyə verilmiş www.tpl.az platforması vasitəsilə xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin sahibləri və sürücüləri ölkəyə daxil olmazdan əvvəl sərhəd sığorta müqaviləsini onlayn şəkildə rəsmiləşdirə bilərlər. Platformanın istifadəçiləri ilkin olaraq sığorta şirkətini seçir, daha sonra zəruri məlumatları daxil etməklə ödənişi onlayn qaydada həyata keçirirlər. Ödəniş təsdiqləndikdən sonra sığorta şəhadətnaməsi elektron qaydada tərtib olunaraq qüvvəyə minir.
Platforma sərhəd-keçid məntəqələrində növbələrin və gecikmələrin qarşısını almaqla yanaşı, xidmətin daha sürətli və rahat göstərilməsinə imkan yaradır.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
41 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
4 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq



























