“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb
Şöbə müdiri və ikinci kurs tələbəsi Qarabağ Universitetinin yataqxanasının rəqəmsal platformasını yaradıblarAzərbaycan Respublikasının Gənclər Fondunun “Rəqəmsal” mövzulu qrant müsabiqəsi çərçivəsində “SmartYurd – veb saytının yaradılması” adlı layihə uğurla həyata keçirilib.
Qarabağ Universitetində Keyfiyyətin təminatı və strateji inkişaf şöbəsinin müdiri Heydər Rzayevin Marja.az-a verdiyi məlumata görə, layihə nəticəsində Qarabağ Universiteti tələbələri üçün yataqxana həyatını rəqəmsallaşdıran “SmartYurd” (smartyurd.az) platforması istifadəyə verilib.
“SmartYurd” Qarabağ Universitetinin tələbələri üçün xüsusi olaraq hazırlanmış müasir rəqəmsal yataqxana idarəetmə sistemidir. Veb saytın əsas məqsədi yataqxana ilə bağlı prosesləri optimallaşdırmaq, tələbələr üçün daha rahat, şəffaf və səmərəli bir mühit yaratmaqdır.
Universitetin rəqəmsal transformasiya strategiyasının bir hissəsi olan “SmartYurd” layihəsi, tələbələrin gündəlik həyatını asanlaşdırmaqla yanaşı, idarəetmədə çevikliyin və səmərəliliyin artırılmasına da mühüm töhfə verəcək. Bu yenilikçi platforma tələbə məmnuniyyətini artırmaq və onlara müasir standartlara uyğun yaşayış təcrübəsi təqdim etmək istiqamətində atılmış mühüm bir addımdır.
Layihənin rəhbəri Qarabağ Universitetinin Keyfiyyətin təminatı və strateji inkişaf şöbəsinin müdiri Heydər Rzayev, layihənin koordinatoru isə Qarabağ Universitetinin Mühəndislik fakültəsinin ikinci kurs tələbəsi Fərid Fətullayevdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!


























