Kapital Bank “Arzumuz var!” təqaüd proqramı ilə gənc qızların təhsilinə dəstək göstərir
(®) Ötən il Kapital Bank və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında bağlanan Memorandum çərçivəsində həyata keçirilən və qızların təhsilini stimullaşdıran “Arzumuz var!” layihəsi öz məqsədinə çatıb.
Layihə çərçivəsində paytaxt Bakı, Qusar, Göyçay, Ağcabədi, İsmayıllı, Qax, Xocalı, Qəbələ və Lənkəranda yaşayan, aztəminatlı ailələrdən olan qızların universitetə hazırlıq xərcləri üçün təqaüd verilib. Bu il məktəbli təqaüdçülərdən 5 nəfəri ali məktəbə daxil olub. Onlardan Zeynəb Əliyeva ADPU-nun ibtidai sinif müəllimliyi, Xəyalə Mürsəlova BSU-nun tərcüməçilik, Əminə Abdullayeva AZMİU-nun dizayn, Aysel Cavadova BDU-nun ekologiya mühəndisliyi, Həmidə Əhmədzadə isə ADPU-nun texnologiya müəllimliyi ixtisasına qəbul olub.
Ötən gün layihənin iştirakçıları və tərəfdaş qurumların rəsmi nümayəndələrinin iştirakı ilə maraqlı bir tədbir baş tutub. Tədbiri çıxış sözü ilə açan Kapital Bank-ın İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədova layihənin nəticələrindən qürur duyduğunu bildirib. “Ötən il müxtəlif regionlardan olan qızlarımıza təqaüd imkanı yaratdığımız bu layihəyə start verəndə inanırdıq ki, nəticələri hər birimiz üçün uğurlu olacaq. Biz çox sevincliyik ki, təqaüdçülərimiz nəticələri ilə bu inamımızı doğrultdu. 5 qızımız tələbə adına layiq görüldü. Təbii ki, bütün uğurlu nəticələr əziyyət və zaman tələb edir. Biz bu müddətdə abituriyentlərimizə çox güvəndik, komandamız, mentorlarımız öz təcrübələri ilə hər an onların yanında oldu. Onlarla söhbətimizdən bir daha əmin oldum ki, layihəmizi davam etdirməli və daha çox gəncin həyatına toxunmalıyıq. Mən bankımız adından onların hər birinə yeni həyat yolunda uğurlar arzu edirəm. Biz missiyamızı bununla bitmiş hesab etmirik, hər zaman onların yanındayıq və tələbəlik illərində, daha sonrakı karyera həyatlarında dəstəyimizi yaxından hiss edəcəklər”.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva çıxış edərək layihənin regionda yaşayan qızlarımız üçün önəmindən danışıb. “Dövlət və özəl sektorun tərəfdaşlığı xüsusilə qızların təhsilində bərabər imkanların yaradılmasına böyük töhfə verir. Biz artıq illərdir ki, regionda yaşayan qızlarımızın təhsil səviyyəsinin artırılması üçün müxtəlif layihələr həyata keçiririk. “Arzumuz var!” həm qızlarımız, həm onların ailələri, həm də komandalarımız üçün maraqlı bir layihə oldu. Düşünürəm ki, tələbə adını qazanan qızlarımızın uğuru layihənin digər iştirakçıları üçün də motivasiya olacaq və biz növbəti tədris ilində daha böyük uğurun qürurunu birlikdə yaşayacağıq”.
Layihə müddətində Kapital Bank-ın layihənin icra edildiyi bölgələrdəki filial əməkdaşları qızlara mentorluq edərək, onların ali məktəblərə hazırlığına dəstək olublar. Həmçinin bu müddətdə bank əməkdaşları tərəfindən onlara “Daxili gücün kəşfi”, “Kibertəhlükəsizlik”, “Yumşaq bacarıqlar” kimi bir çox mövzularda təlimlər keçirilib. Qeyd edək ki, layihə çərçivəsində abituriyentlərin ali məktəblərə hazırlıq xərclərinin qarşılanması nəzərdə tutulsa da bank tərəfindən 5 nəfər tələbənin universitetlər üzrə illik təhsil haqları da qarşılanıb. Bank tələbələrin texnoloji yeniliklərə əlçatanlığını artırmaq üçün onlara kompüterlər də hədiyyə edib.
Qeyd edək ki, təqaüd proqramına 7 yeni iştirakçı cəlb edilib.“Arzumuz var!” layihəsi həssas qrupdan olan abituriyent qızların təhsilinə investisiya qoyaraq, onların güclü, müstəqil və ölkənin gələcək inkişafında aparıcı rol oynayan fərdlərə çevrilməsinə imkan yaratmağa davam edir.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Bayram günlərində 12 bankın 60 satış nöqtəsi, 68 poçt şöbəsi və valyuta mübadiləsi məntəqələri xidmət göstərəcək - SİYAHI
SON XƏBƏRLƏR
- 1 gün sonra
- 23 saat sonra
-
2 saat sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 5 d. əvvəl
-
23 d. əvvəl
“Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda Mudaraba və Murabaha məhsulları sınaqdan keçiriləcək
-
3 saat əvvəl
“Alstom” şirkəti Meksika ilə 1 milyard dollarlıq müqavilə imzalayıb
- 4 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
“Bakı Ağ Şəhər”də asma piyada körpüsü açıldı
Mis qiymətləri yüksəlməkdə davam edir
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda Mudaraba və Murabaha məhsulları sınaqdan keçiriləcək
Ən çox oxunanlar
İri mağazalar şəbəkəsinin dekabra 2 filailı açılıb
Tramp: “Razılaşmaya heç vaxt olmadığı qədər yaxınlaşdıq”
Ən təhlükəsiz ailə krossoverləri açıqlanıb
Mirzoyan: Azərbaycan benzininin alınması Ermənistan vətəndaşları üçün çox sərfəlidir
İlin son ENDİRİMLİ KREDİT TƏKLİFİ!
Dekabrın 28-də gözlənilən hava şəraiti
















