Azər-Türk Bank hər ay orta hesabla 1 milyon manatdan çox xalis mənfəət əldə edib
Azər-Türk Bank 2025-ci ilin doqquz ayını 9,3 milyon manat xalis mənfəət ilə başa vurub. Bu, hər ay orta hesabla 1 milyon manatdan çox xalis mənfəət təmin etmək deməkdir.Dövlət bankı Azər Türk Bankın 01 oktyabr 2025-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 20% artaraq 1,8 milyard manat səviyyəsində olmuş, kredit portfelinin həcmi isə 787,6 milyon manat təşkil etmişdir.
Marja.az xəbər verir ki. bu,Bankın yaydığı press-relizdə bildirilir.
Qeyd edilib ki, Bankın gəlirləri 18% artaraq, 125,3 milyon manat, xərcləri 115,9 milyon manat səviyyəsində olmuşdur. 2025-ci ilin doqquz ayında Azər-Türk Bank 9,3 milyon manat həcmində xalis mənfəət əldə etmişdir.
Bankın məcmu kapitalının həcminə gəldikdə isə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 15% artımla 110,5 milyon manat olmuşdur.
Hesabat dövrü ərzində Bankın depozit portfelinin həcmi 1,2 milyard manat təşkil etmişdir ki, bu da ötənilki göstəricidən 28% çoxdur. Cari ilin üçüncü rübünün sonuna cəmi bank öhdəliklərinin həcmi 1,7 milyard manat səviyyəsində olmuşdur.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 11 d. əvvəl
-
- 29 d. əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Sabaha olan hava proqnozu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Ən çox oxunanlar
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq





















