Cənubi Qafqazda yeganə qarğıdalı emalı müəssisəsində böyük zərər - KAPİTALINDAN 64 MİLYON SİLİNDİ
"CPC" şirkətinin nizamnamə kapitalını 63 milyon 676 min 905 manat və yaxud 79 % azaldaraq 80 milyon 571 min 056 manatdan 16 milyon 894 min 151 manata endirdiyini elan edib.Cənubi Qafqazda yeganə qarğıdalı emalı müəssisəsi "CPC" MMC-nin nizamnamə kapitalı 63 milyon 677 min manat azaldılaraq 16 milyon 894 min manat müəyyən edilib.
Marja.az xəbər verir ki, bu barədə "CPC" MMC məlumat açıqlayıb.
""CPC" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı, fəaliyyəti dövründə yaranmış zərərin əvəzləşdirilməsi məqsədilə azaldılaraq 16.894.150,68 AZN məbləğində müəyyənləşdirilir", -məlumatda deyilir.
Şirkət 80 milyon 571 min manat nizamnamə kapitalına malik idi.
Qeyd edək ki, "CPC" MMC Cənubi Qafqazda nişastanın emal məhsulları istehsalı üzrə ixtisaslaşmış yeganə qarğıdalı emalı müəssisəsidir. Müəssisə 2011-ci ildə ən qabaqcıl texnoloji avadanlıqlarla təchiz edilmişdir. Zavoda 2015-ci ilin dekabr ayından yenidən investisiya yatırılaraq fəaliyyəti genişləndirilmişdir. Hal-hazırda istehsal olunan məhsullara nişasta, qlükoza və yan məhsullar daxildir. “CPC” MMC Oğuz rayonunda yerləşir və ildə 30 min tona qədər qarğıdalı emal etmək gücünə malikdir. 1 avqust 2025-ci ildən etibarən “EDEN AGRO” MMC icarə müqaviləsi əsasında “CPC” şirkətinin idarəçiliyini həyata keçirir. Bildirilib ki, bu addım davamlı inkişaf, investisiyaların cəlb olunması və məhsul və xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi üçün yeni imkanlar açır.
Əlavə edək ki, "CPC" MMC-nin qanuni təmsilçisi Mehdiyev İbrahim Rəfaiz oğlu, hüquqi ünvanı AZ1010, BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, ZƏRİFƏ ƏLİYEVA ev.93-dür. 102 milyon 66 min manat nizamnamə kapitalı oilan “EDEN AGRO” MMC-nin qanuni təmsilçisi Nəsib İslamzadə Malik oğlu, hüquqi ünvanı AZ1010, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, NEFTÇİLƏR PR., ev.153-dür.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
45 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
4 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq


























