m10 ilə Binance əməliyyatları – manatla, təhlükəsiz, vasitəçisiz!
(®) Azərbaycanın aparıcı fintex platforması m10, dünyanın ən böyük kriptovalyuta birjası Binance ilə əməkdaşlıq edərək, ölkədə ilk dəfə Azərbaycan manatı ilə vasitəçisiz kripto-fiat əməliyyatlarını təqdim edir.
İstifadəçilər birbaşa m10 hesablarından Binance hesablarına manatla vəsait əlavə edə və çıxara bilərlər — tam şəffaf, təhlükəsiz və vasitəçisiz şəkildə.
Təhlükəsizlik – ən yüksək səviyyədə
Bu xidmət, Azərbaycan Mərkəzi Bankının (AMB) xüsusi tənzimləmə rejimində (sandbox) sınaqdan keçirilən ilk fintex platforması kimi, həm rəsmi statusa, həm də yüksək təhlükəsizlik standartlarına malikdir. Bütün əməliyyatlar bank infrastrukturu üzərindən həyata keçirilir.
m10 və Binance inteqrasiyasının ilk mərhələsi AMB-nın sandbox rejimindən uğurla keçərək, 6 aylıq sınaq müddətini başa vurub və daha 6 ay müddətinə ikinci mərhələyə keçid edib.
Valyuta: Azərbaycan manatı (AZN)
Balans artırma komissiyası: 1%
Vəsait çıxarma komissiyası: 1.5%
*Əməliyyat limiti: 20,000 ABŞ dolları ekvivalentinədək
*Qeyd: Aylıq 20,000 ABŞ dolları ekvivalentinədək əməliyyat limiti Azərbaycan Mərkəzi Bankının müvafiq qaydalarına əsaslanır. Xidmət yalnız Azərbaycan vətəndaşları üçün əlçatandır və KYC (müştərini tanı) prosedurunun tamamlanması mütləqdir.
Azərbaycanın kripto əməliyyatlarında yeni mərhələ
Bu əməkdaşlıq, ölkədə kripto-ekosistemin inkişafında mühüm addım olmaqla, istifadəçilərə rahatlıq, qanunvericiliyə uyğunluq və maliyyə şəffaflığı təmin edir.
Binance tətbiqinə və ya rəsmi vebsayta daxil olun və qeydiyyatdan keçin.
Deposit bölməsində AZN → m10 seçərək m10 hesabınız vasitəsilə balansınızı artırın.
Withdraw bölməsində m10 hesabınızı göstərərək vəsaiti çıxarın.
m10 haqqında
m10, Azərbaycanın aparıcı fintex şirkətlərindən biri olan PashaPay tərəfindən hazırlanmış rəqəmsal cüzdandır və Bir ekosisteminin fintex həllidir. 2022-ci ildən istifadəyə verilmiş m10 fərdlər və bizneslər üçün maliyyə əməliyyatlarını sadələşdirməyi, vəsaitlərin idarə edilməsini və ödənişlərin həyata keçirilməsini təhlükəsiz və rahat şəkildə təmin etməyi hədəfləyir.
Ətraflı məlumat üçün: https://m10.az
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
39 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
4 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq

























