Azərbaycanda möhtəşəm Memarlıq və Dizayn Qala Gecəsi keçiriləcək
Azerbaijan Design Awards mükafatları da sahiblərinə təqdim olunacaq.6 noyabr saat 18:00-da “Radisson” otelində Azərbaycanda memarlıq və dizayn sahəsinin ən möhtəşəm tədbirlərindən biri – Memarlıq və Dizayn Qala Gecəsi baş tutacaq.
Tədbir AZMOB və AZMİA (Azərbaycan Mebel İstehsalçıları Assosiasiyası) tərəfindən təşkil olunur. Qala gecəsində ölkənin ən tanınmış memar və dizaynerləri, bu sahədə fəaliyyət göstərən şirkət və holdinqlərin rəhbərləri, mebel və tikinti şirkətləri iştirak edəcəklər.
Gecə çərçivəsində AZMOB tərəfindən təsis edilən Azerbaijan Design Awards mükafatları da sahiblərinə təqdim olunacaq.
Qeyd edək ki, Azerbaijan Design Awards 2025-ci ildən etibarən hər il keçiriləcək və memarlıq-dizayn sahəsində həm yerli, həm də beynəlxalq miqyasda uğur qazanmış, müasir trendləri təcəssüm etdirən layihə müəllifləri bu mükafata layiq görüləcəklər.
Layihə haqqında AZMOB-un rəhbəri Tural Ozan Marja.az-a açıqlamasında bildirib:
“Bildiyiniz kimi, AZMOB və Azərbaycan Mebel İstehsalçıları Assosiasiyası tərəfindən böyük bir layihənin təməli qoyulur. Məqsəd – Azərbaycan memar və dizaynerlərinin əməyinə dəyər verməkdir.
Qeyd edim ki, bu layihə çərçivəsində İtaliya, Türkiyə, Kanada və bir sıra Avropa ölkələrindən olan memar və dizaynerlər, həmçinin istehsalat şirkətlərinin mütəxəssisləri və yerli ekspertlərdən ibarət işçi qrup tərəfindən namizədlərin dəyərləndirilməsi həyata keçirilmişdir.
Artıq iki ay ərzində qeydiyyat prosesi davam edib və 200-dən çox memar və dizayner layihədə iştirak üçün müraciət edib. Onların hamısı Qala gecəsinə dəvət olunublar və gecə ərzində namizədlərin adları səhnədə açıqlanacaq.”
Layihə təşkikatçılar tərəfindən hər il ənənəvi şəkildə həyata keçiriləcək.
Qeyd edək ki, AZMOB təşkilatı 2022-ci ildə yaradılıb və hazırda Azərbaycanda fəaliyyət göstərən 400-dən çox premium mebel və dizayn şirkətini birləşdirən yeganə qurumdur.
AZMOB ötən illər ərzində bu sektorda bir çox yerli və beynəlxalq tədbirlərin, eləcə də uğurlu layihələrin təşkilatçısı kimi tanınır.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 20 d. əvvəl
-
- 35 d. əvvəl
- 39 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!
Sabaha olan hava proqnozu
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib




















