ABB Invest-in baş tərəfdaşlığı ilə 20-ci Beynəlxalq “Caspian Investment Forum 2025” uğurla keçirildi
(®) ABB Invest-in baş tərəfdaşlığı ilə regionun ən nüfuzlu iqtisadi platformalarından biri olan 20-ci Beynəlxalq “Caspian Investment Forum 2025” yüksək təşkilatçılıq səviyyəsi ilə baş tutub. “İnvestisiya dalğalarında yenilik rüzgarı” şüarı altında keçirilən builki forum Azərbaycan kapital bazarının inkişafına dair iki əsas istiqaməti gündəmə gətirib.
Forum çərçivəsində ekspertlər qiymətli kağızlar vasitəsilə kapital cəlb etmənin digər maliyyələşmə üsullarına nisbətən üstünlüklərini, həmçinin yerləşdirilmiş qiymətli kağızların təkrar bazarda tədavülü ilə bağlı aktual çağırışları müzakirə ediblər. Potensial emitentləri maraqlandıran mövzulara dair ekspert rəyləri də təqdim olunub.
Tədbirdə kapital bazarlarının qlobal inkişaf meylləri, dəyişən iqtisadi mühitin emitent və investorlar üçün yaratdığı yeni imkanlar, eləcə də rəqəmsal transformasiyanın bazara təsiri geniş şəkildə müzakirə edilib. Yerli və xarici ekspertlərlə zənginləşdirilmiş sessiyalar iştirakçılara aktual trendlər, yeni perspektivlər və praktik yanaşmalar təqdim edib.
ABB Invest-in baş tərəfdaş kimi iştirakı şirkətin ölkədə investisiya mədəniyyətinin inkişafına, kapital bazarlarının modernləşdirilməsi və beynəlxalq standartlara inteqrasiyasına verdiyi dəstəyi bir daha nümayiş etdirib. Bu tərəfdaşlıq ABB Invest-in regionun aparıcı investisiya institutlarından biri kimi mövqeyini daha da möhkəmləndirib.
Forumda ABŞ, Gürcüstan və Qazaxıstandan olan nüfuzlu maliyyə təşkilatlarının iqtisadçıları da iştirak edib Beynəlxalq qonaqlar Azərbaycan iqtisadiyyatının regionda artan strateji rolunu, ölkənin dayanıqlı və açıq investisiya mühitini, eləcə də regional əməkdaşlıq imkanlarının yeni mərhələyə qədəm qoymasını yüksək qiymətləndiribər.
20-ci yubiley “Caspian Investment Forum 2025” həm iştirakçı sayına, həm də müzakirə olunan mövzuların dərinliyi və aktuallığına görə regionun ən əhəmiyyətli iqtisadi tədbirlərindən biri kimi yadda qalıb. Forum ABB Invest-in dəstəyi ilə gələcək illərdə daha geniş miqyaslı təşəbbüslər üçün mühüm əsas yaradıb.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
2 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
- 8 d. əvvəl
-
12 d. əvvəl
"FİNCA Azərbaycan"ın dollar istiqrazlarına 53 investor 53 sifariş təqdim edib - HƏRRACIN NƏTİCƏSİ
-
1 saat əvvəl
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı - VİDEO
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"bp-Azərbaycan"dan 2025-ci ilin yekunları üzrə BİZNES ƏMƏLİYYATLARI HESABATI
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"KƏPƏZ BOKT" illik 15%-lə 1 milyon manat borc aldı
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı - VİDEO
Yaxın günlərdə fermerlərə subsidiya ödənişlərinə başlanacaq
bp-də işləyən Azərbaycan vətəndaşlarının sayı azalıb
Ən çox oxunanlar
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
KPMG Bakıda 2-ci ofisini açdı
“Gemini” istifadəçilərə artıq Azərbaycan dilində də təqdim olunur
Daha bir bank nağd kredit üzrə faiz dərəcəsini endirdi
























