FED faiz qərarını açıqladı
FED faizlərini 25 baza bəndi aşağı saldı.ABŞ Mərkəzi Bankı (Federal Ehtiyat Sistemi, FED) 2025-ci ilin son faiz qərarını açıqladı.
Marja xəbər verir ki, FED tərəfindən federal fondlar üzrə faiz dərəcəsi 25 baza bəndi (0,25 faiz bəndi) azaldılaraq 3,75%–4,00% aralığından 3,50%–3,75% aralığına endirilib. Bu addım sentyabr və oktyabrda həyata keçirilən bənzər endirimlərin ardınca atılıb. Belə bir qərar borclanma xərclərini 2022-ci ildən bəri ən aşağı səviyyəyə salıb.
CME-nin FedWatch Alətinə əsasən bazarlar FED-in 9–10 dekabr iclasında 0,25 faiz bəndi faiz endirimi etmə ehtimalını 90%-ə yaxın qiymətləndirirdi.
Qərar əmək bazarında sürətlə soyuma əlamətlərinin müşahidə olunduğu bir vaxtda verilib. Bununla yanaşı, siyasətçilər hökumətin bağlanması səbəbindən gecikdirilən və ya dayandırılan bir neçə əsas statistik məlumatın açıqlanmaması şəraitində çalışmaqda davam edirlər.
Bakı vaxtı ilə saat 23:30-da FED sədri Cerom Pauelin mətbuat konfransı başlayacaq. Önəmli olan Cerom Pauellin çıxışıdır. İnvestorlar FED sədri Cerom Pauellin çıxışnda növbəti faiz endirimlərinin sayı və bəndi barədə ipucu axtaracaqlar.
Aşağı faiz dərəcələri, adətən faiz gəliri gətirməyən aktiv olan qızılı dəstəkləyir. Əgər FED gələn il daha çox sayda faiz endirilməsinə ehtiyac olduğuna dair ipucu verərsə qızıl bahlaşa, faiz endirimlərinin məhdud olacağına işarə edərsə ucuzlaşa bilər.
XXX
Qlobal bazarların gözlədiyi faiz qərarı açıqlanıb. Marja xəbər verir ki, ABŞ Mərkəzi Bankı (Federal Ehtiyat Sistemi, FED) 2025-ci ilin son iclasında uçot dərəcəsini 25 baza bəndi (0,25 faiz bəndi) azaltmaq barədə qərar qəbul edib. Bu endirimlə ABŞ-da faizi intervalı 3,75–4,00 faiz aralığından 3,50–3,75 faiz aralığına düşüb.
FED-in qərarı ilə yanaşı, investorların diqqət mərkəzində olan proqnozlarda 2026-cı il üçün yalnız bir faiz endirimi gözləntisi qorunub saxlanılıb.
Qərar mətnində, Fed-in faizləri nə zaman yenidən aşağı salacağı ilə bağlı daha çox qeyri-müəyyənliyə işarə edən ifadələr içərisində kiçik, diqqətçəkən bir dəyişiklik də yer alıb. Sənəddə FED, faiz endirimlərinə fasilə verməzdən əvvəl ötən ilin dekabrında istifadə etdiyi “əlavə tənzimləmələrin miqyasını və vaxtını qiymətləndirərkən” ifadəsinə geri dönüb.
2019-cu ildən bəri ilk dəfə 3 rəsminin qərara qarşı səs verməsi də diqqət çəkib.
İki regional Fed rəhbəri – Çikaqodan Austan Goolsbee və Kansas Sitidən Jeff Schmid – faiz dərəcəsinin dəyişməz saxlanılması lehinə etiraz səsi verib. Prezident Donald Tramp tərəfindən sentyabr ayında təyin olunan Stephen Miran isə yarım faiz bəndi (50 baza bəndi) həcmində daha böyük endirimin tərəfdarı olub.
İlin 3-cü faiz endirimi
Fed 2025-ci ilə 4,25–4,50 faiz intervalı ilə başlamışdı. İlk endirim sentyabrda 25 baza bəndi ilə həyata keçirilmişdi. Bu endirimin ardınca oktyabr ayında da faiz aşağı salınmışdır. Dekabr qərarı ilə birlikdə FED 2025-ci ildə ümumilikdə 3 faiz endirimi edərək faiz dərəcələrini cəmi 75 baza bəndi (0,75 fai bəndi) aşağı salmışdır.
Fed-in dekabr iclası ərəfəsində ABŞ-da makroiqtisadi göstəricilər qarışıq siqnallar vermişdir. Noyabr ayında ixtisarlar azalsa da, Amazon.com Inc. və Verizon Communications Inc. kimi böyük şirkətlərdə yeni kadr ixtisarları planları gündəmə gəlib. Sentyabr ayında istehlak xərcləri demək olar dəyişməz qalarkən, Fed-in üstünlük verdiyi inflyasiya göstəricisi 2,8 faizədək yüksəlib və hədəfin təxminən bir faiz bəndi üzərində qalıb.
İqtisadi göstəricilərlə yanaşı, siyasi arenadan gələn bəyanatlar da Fed üzərində təzyiqi artıran mühit yaradıb.
Investorlar, Prezident Donald Trampın müddəti may ayında başa çatacaq FED sədri Jerome Powell-ın yerinə kimi təyin edəcəyinə dair Ağ Evdən veriləcək açıqlamaları da yaxından izləyirlər. Trampın Milli İqtisadi Şura direktoru Kevin Hassett ən güclü namizəd kimi qiymətləndirilir.
Son günlər Hassett tərəfindən verilən açıqlamalar Fed-ə faizləri daha da yumşaltmaq üçün əlavə təzyiq yaradıb.
Bloomberg-in məlumatına görə, Hassett Fed-in faiz dərəcəsini əhəmiyyətli dərəcədə azaltmaq üçün kifayət qədər imkan olduğunu bildirib. Ona vəzifəyə təyin olunacağı təqdirdə aqressiv faiz endirimlərini dəstəkləyib-dəstəkləməyəcəyi soruşulduqda, “Əgər göstəricilər bunu edə biləcəyimizi göstərirsə, hazırda olduğu kimi, bunu etmək üçün geniş imkan olduğunu düşünürəm” deyə cavab verib. Bu endirimin 25 baza bəndindən daha çox ola biləcəyi soruşulduqda isə “bəli” deyə cavablandırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
9 d. əvvəl
Süni İntellekt Əsaslı Çağrı Mərkəzlərinin Rəqəmsal Transformasiyada Rolu
-
-
18 d. əvvəl
Azerconnect Group İçərişəhərdə süni intellekt əsaslı həllər tətbiq edəcək
- 46 d. əvvəl
-
52 d. əvvəl
Nazir müavini: "2030-cu ilə qədər mal əti istehsalının 20 %-dən çox artırılması hədəflənir"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük Komitəsinin büdcə öhdəliyini yerinə yetirə bilməməsinin səbəbləri məlum olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bank Respublika “Ümumdünya Qan Donoru Günü” ərəfəsində ənənəvi qanvermə aksiyası keçirib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Nazir müavini: "2030-cu ilə qədər mal əti istehsalının 20 %-dən çox artırılması hədəflənir"
"Dövlət müəssisələri daha çox dividend ödəyə bilər"
Gömrük Komitəsinin büdcə öhdəliyini yerinə yetirə bilməməsinin səbəbləri məlum olub
Ən çox oxunanlar
Əliyev Putini təbrik etdi
AzVak-da yeni iş elanları - SİYAHI
Bank Respublika “Ümumdünya Qan Donoru Günü” ərəfəsində ənənəvi qanvermə aksiyası keçirib
FAB boya ixrac xəritəsini genişləndirir: növbəti hədəf- Şimali Afrika və Yaxşı Şərq bazarı
ABŞ “İranla müharibə ilə bağlı böyük bir razılaşma əldə edib” və bu, “sənədlərin yekunlaşdırılmasına” bağlıdır






















