İstehlakçılar və tərəfdaşlar niyə “Bonaqua”ya üstünlük verir?
(®) Coca-Cola şirkətinin istehsal etdiyi “Bonaqua”, Azərbaycanda və beynəlxalq arenada həm istehlakçıların, həm də tərəfdaş qurumların etibarını qazanmış aparıcı içməli su brendlərindən biri kimi mövqeyini daha da möhkəmləndirir. Brendin artan nüfuzunun əsasını isə müasir texnologiyalara əsaslanan istehsal prosesi, yüksək keyfiyyət standartları, ekoloji məsuliyyət və geniş tərəfdaş şəbəkəsi təşkil edir.
Belə ki, 2025-ci ildə “Bonaqua” suları “Beynəlxalq Dad İnstitutu” tərəfindən təqdim edilən nüfuzlu “Üstün Dad Mükafatı”na layiq görülüb. Bu mükafat bir daha “Bonaqua”nın yalnız dadına deyil, eləcə də istehsal prosesindəki peşəkarlığına görə beynəlxalq səviyyədə tanındığını təsdiqləyir.
“Bonaqua”nın etibarlılığı təkcə istehlakçı rəylərində deyil, eyni zamanda onunla əməkdaşlıq edən qurumların seçimində də öz əksini tapır. Şamaxı FK, ASAN Könüllülər, “Nargis” Fondu kimi bir çox nüfuzlu təşkilatlar “Bonaqua”nı rəsmi su tərəfdaşı kimi seçir.
Həkim-diyetoloq, AQTİ eksperti Tutu Zeynalova da bildirir ki, brendin keyfiyyətə davamlı nəzarəti, həmçinin istehsal standartlarına ciddi riayəti onu bazarda etibarlı və təhlükəsiz içməli su brendlərindən biri kimi fərqləndirir:
“Bədənin normal fəaliyyətini təmin etmək üçün gün ərzində kifayət qədər və keyfiyyətli su qəbul etmək böyük əhəmiyyət daşıyır. Belə ki, ümumi bədən kütləsinin təxminən 55–70%-i; beyin, ürək və ağciyərlər kimi həyati orqanların 75–80%-i; qanın isə 80%-dən çoxu sudan ibarətdir. Lakin istehlakçılar su seçimində diqqətli olmalıdır. Orqanizmi su ilə təmin etmək üçün hər brendə güvənmək olmaz. Keyfiyyətli, mineralalrla zəngin sulara üstünlük verilməlidir. “Bonaqua” gündəlik istifadə üçün rahatlıqla tövsiyə edilə bilən sular sırasına daxildir. Bunun əsas səbəbləri suyun təmiz və etibarlı mənbədən əldə olunması, mineral balansının optimallaşdırılması, keyfiyyət standartlarına uyğunluğudur”.
Qeyd edək ki, “Bonaqua” brendi “Coca-Cola” şirkətinin yüksək keyfiyyətli içkilər portfelinə daxildir. Brendin istehsalında müasir texnologiyalarla təmizlənmiş təbii su mənbələrindən istifadə olunur.
Xatırladaq ki, “Coca-Cola” 2025-ci ildə Azərbaycanda 30 illik yubileyini qeyd edib. Şirkət Azərbaycandakı fəaliyyətinə 1994-cü ildə Türkiyənin beynəlxalq içki istehsalı şirkəti olan “Coca-Cola İçecek”in tərkib hissəsi olaraq “Azerbaijan Coca-Cola Bottlers”ın yaradılması ilə başlayıb və o vaxtdan bəri “Coca-Cola”, “Fanta”, “Sprite”, “Bonaqua”, “Cappy” və “Fuse Tea” kimi məşhur sərinləşdirici içki markalarının istehsalı və satışı ilə məşğuldur.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
45 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
4 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq



























