Bakıda açılacaq "Dino Park"a giriş qiymətləri məlum oldu
"Dino Park" bu gün məlumat yayaraq bəyan edib ki, 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq oluncaqdır. Bunun üçün təsdiqedici sənəd təqdim edilməlidir.Yaxın günlərdə Hava Limanı yolu üzərində yerləşən Baku Expo Center-də "Dino Park" açılacaq.
Marja.az-ın məlumatına görə, "Dino Park"-ın açılışına saylı günlər qalıb.
"Hazırda ərazinin qurulması və abadlaşdırılması prosesi davam edir. Açılışa çox az qalıb!", - "Dino Park" yaydığı məlumatda bildirib.
"Dino Park"ın Bakının ən böyük və ən həyəcanlı dinozavrlar parkı olacağı bildirilir. Burada nəhəng, real ölçülü və səs-küylü dinozavrlarla yanaşı - interaktiv atraksionlar, hərəkət edən dinozavrlar və hətta üzərində gəzə biləcəyiniz xüsusi ride-dinozavrlar yer alacaqdır.
Daha bir yenilik - "pulsuz avtobus xidməti" də olacağı elan edilib. Belə ki, "Koroğlu" metro stansiyasından pulsuz avtobus sizi Baku Expo Center-ə aparacaq və Baku Expo Center-dən "Koroğlu" metro stansiyasınadək gətirəcək. Avtobusların üzərində "Dino Park" yazılacaq.
QİYMƏTLƏR
"Dino Park"a giriş üçün biletin qiyməti böyüklər üçün 15 manat, uşaqlar üçün 20 manat olacaqdır. 3 yaşadək uşaqlara girişin pulsuz olması nəzərdə tutulub. Fiziki qüsurlu şəxslərə isə giriş ödənişsiz olacaqdır.
Həmçinin 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq oluncaqdır. Bunun üçün təsdiqedici sənəd təqdim edilməlidir.
Bilet bütün gün üçün keçərlidir. Ərazidə mövcud olan bütün attraksionlar qiymətə daxildir. Ərazidə 20-dən çox hərəkət edən və səs çıxaran dinozavr mövcuddur. Ən böyük dinozavrın hündürlüyü 9,5 metrdir.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
İmkanlar:
• 5 ədəd böyük şişmə batut
• 3 ədəd dairəvi batut
• Üzərinə minmək mümkün olan və hərəkət edən dinozavrlar
• Qum və oyuncaqlarla oyun zonası
• Ayrı oyun zonası
• Şəkil çəkmək üçün xüsusi zonalar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























