bp-yə yeni baş icraçı direktor təyin edildi
Enerji şirkəti bp 1 aprel 2026-cı il tarixindən etibarən qüvvəyə minmək şərti ilə baş icraçı direktor (CEO) vəzifəsinə Meg O’Neill-i gətirib.Neft, qaz və bərpa edilən enerji şirkəti olan bp, 1 aprel 2026-cı il tarixindən etibarən qüvvəyə minmək şərti ilə baş icraçı direktor (CEO) vəzifəsinə Meg O’Neill-in təyin edildiyini açıqlayıb.
Marja.az Şirkət tərəfindən yayımlanan açıqlamaya istinadən xəbər verir ki, bp-nin hazırkı baş icraçı direktoru (CEO-su) Murray Auchinclossbu gündən etibarən vəzifəsindən ayrılmaq qərarı verib.
Auchincloss-dan boşalan CEO vəzifəsini 1 aprel 2026-cı il tarixindən etibarən Meg O’Neill icra edəcək.
bp-nin hazırkı Təchizat, Ticarət və Nəqliyyatdan Məsul vitse-prezidenti Carol Howle, O’Neill baş icraçı direktor vəzifəsinə başlayana qədər müvəqqəti baş icraçı direktor kimi fəaliyyət göstərəcək.
Murray Auchincloss isə problemsiz keçid prosesini təmin etmək məqsədilə 2026-cı ilin dekabr ayınadək məsləhətçi qismində şirkətlə əməkdaşlıq edəcək.
Meg O’Neill hazırda Avstraliyanın beynəlxalq enerji şirkəti Woodside Energy-nin baş icraçı direktoru vəzifəsini icra edir.
Açıqlamada fikirlərinə yer verilən bp-nin İdarə Heyətinin sədri Albert Manifold, O’Neill-in şirkətə qoşulmasından məmnun olduqlarını bildirərək qeyd edib:
“Əhatəli planlaşdırma prosesindən sonra, İdarə Heyəti bu keçidin daha sadə, daha çevik və daha gəlirli bir şirkət olmaq məqsədi ilə həyata keçirdiyimiz strateji baxışımızı sürətləndirmək üçün imkan yaratdığına inanır. Son illərdə irəliləyiş əldə edilib, lakin səhmdarlarımız üçün dəyəri maksimum səviyyəyə çatdırmaq məqsədilə zəruri dəyişiklikləri reallaşdırmaq üçün daha çox dəqiqlik və diqqət tələb olunur.”
Manifold, Auchincloss-a şirkətə verdiyi töhfələrə görə təşəkkür edib.
Şirkətin yeni CEO-su O’Neill isə bu vəzifəni üzərinə götürməkdən məmnunluğunu ifadə edərək bildirib: “bp-nin rəhbər komandası və dünya üzrə həmkarlarımla birlikdə çalışaraq şirkətin fəaliyyət göstəricilərini yaxşılaşdırmaq, innovasiya və dayanıqlılığı təşviq etmək, eləcə də dünyanın enerji ehtiyaclarını qarşılamaq üçün üzərimizə düşəni etmək üçün səbirsizlənirəm.”
Şirkətdə 30 illik fəaliyyətindən sonra ayrılmaq qərarı alan Auchincloss isə rəhbərliyi “yeni bir lidərə təhvil verməyin tam zamanı” olduğunu qeyd edib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
1 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
2 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
İqtisadiyyat İnstitutunun əməkdaşları Quba rayonunda müəllim və şagirdlərlə görüşüblər
-
3 saat əvvəl
PAŞA Bank növbəti “Bazar trendləri və hedcinq məhsulları” tədbirini keçirib
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
Ən çox oxunanlar
İyunun 13-də gözlənilən hava şəraiti
Süni intellekt əsaslı çağrı mərkəzlərinin rəqəmsal transformasiyada rolu - MÜSAHİBƏ
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 1 GÜN
Nazir müavini: "2030-cu ilə qədər mal əti istehsalının 20 %-dən çox artırılması hədəflənir"





















