"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
“Balıqçılıq və Akvakultura Mərkəzinin fəaliyyətində əsas istiqamətlər balıq ovunun daha dayanıqlı, nəzarətli və elmi əsaslarla həyata keçirilməsinin təmin edilməsi, eyni zamanda ölkədə akvakultura sahəsinin inkişaf etdirilməsi, müasir texnologiyaların tətbiqi, istehsal potensialının artırılması və akvakultura təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılmasıdır”.
Marja xəbər verir ki, bu açıqlamanı jurnalistlərə bu gün keçirilmiş mətbuat konfransında Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” Publik Hüquqi Şəxsin direktoru Ceyhun Əliyev verib.
O bildirib ki, Mərkəzin fəaliyyət göstərdiyi bil il ərzində su bioresurslarının dayanıqlığının təmin edilməsi, ehtiyatların bərpası, qorunması və obyektiv elmi qiymətləndirilməsi istiqamətində mühüm addımlar atılıb:
“Oktyabrda Xəzərdə və daxili sularda balıq ehtiyatlarının qiymətləndirilməsi üçün yerli və xarici mütəxəsssilərin iştirakı ilə Xəzər dənizində və ölkənin daxili su hövzələrində balıq ehtiyatlarının qiymətləndirilməsi aparılıb. Xəzərdə aparılan ekspedisiya zamanı kilkə, siyənək, külmə və ağ qızılbalıq növləri üzrə elmi-tədqiqat işləri həyata keçirilib, daxili su hövzələrində isə çapaq, dabanbalıq, krevetka, külmə, naxa, sazan, sıf, şamayı və xəşəm növlərinin faktiki vəziyyəti qiymətləndirilib. Tədqiqatlar çərçivəsində qeyd olunan balıq növlərinin çəki göstəriciləri, bədən uzunluğu və daxili orqanlarının morfoloji xüsusiyyətləri ətraflı şəkildə öyrənilib. Əlavə olaraq Xəzər dənizində müasir ultrasəs-sonar sistemlərdən istifadə olunaraq, balıq sürülərinin miqrasiya marşrutları, sıxlıqları, növ tərkibləri barədə məlumatlar əldə edilib”.
Mərkəz direktoru bildirib ki, Azərbaycanın balıq ehtiyatlarının bərpası və davamlılığının təmin edilməsi məqsədilə hər il Xəzər dənizinə 11-23 milyon, daxili su hövzələrinə isə təxminən 6-12 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var:
“2025-ci il ərzində ümumi su hövzələrinin bioloji ehtiyatlarının artırılması məqsədilə dövlət və özəl tərəfdaşlığı çərçivəsində Xəzər dənizinə 343 min ədəd nərəcinsli balıq, 255 min ədəd çəkikimilər, 2 milyon 160 min ədəd kütüm və 22 min ədəd Xəzər qızılbalığı buraxılıb. Planlanan tədbirlərin nəticəsi olaraq illik körpə nərəcinsli balıq buraxılışının 1 milyon ədədə kütüm çatdırılması hədəflənir”. Ceyhun Əliyer proqnoz göstəricilərinə əsasən, gələn il dənizə 1 milyon ədəd kütüm, 2 milyon ədəd çəkikimilər fəsiləsindən olan balıqların körpələrinin buraxılmasının nəzərdə tutulduğunu bildirib.
Mərkəzin direktoru qeyd edib ki, iyun-dekabr ayları ərzində “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxs tərəfindən ekoloji cinayət törədənlərə qarşı həyata keçirilən nəzarət tədbirləri zamanı ümumilikdə ölkə ərazisi üzrə qanunsuz balıq ovu edən şəxslər barəsində 23 inzibati xəta haqqında protokol tərtib edilərək müvafiq inzibati məsuliyyətə cəlb edilib.
Tədbirdə balıqçılıq siyasəti, balıq ehtiyatlarının dəyərləndirilməsi, istehsalın artırılmasına yönəlmiş dəstək mexanizmləri və digər mövzularla bağlı jurnalistlərin sualları cavabvlandırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 gün sonra
- 1 gün sonra
-
8 saat sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azercell “Ən yaxşı idman dəstəkçisi” nominasiyasında mükafatlandırılıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
İlin son ENDİRİMLİ KREDİT TƏKLİFİ!
“Güzəştli mənzil” sisteminə xüsusi proqram ilə müdaxilə edən şəxslər cinayət məsuliyyətinə cəlb edildi - AÇIQLAMA
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Ermənistana Azərbaycan ərazisindən taxıl göndərilməsi, Azərbaycandan neft məhsullarını satın alınması etimad quruculuğu proseslərindəndir”
Rəsmi Bakı: "Rus Evi"nin ləğvi prosesi başa çatıb
Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
"Ermənistanla sülh sazişinin imzalanması üçün TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir"
Çindən elektrikli avtomobillərə enerji limiti
“AtaSığorta”ya satışları dayandırmaq barədə göstəriş verilib
Siqaret qaçaqmalçılığında ittiham edilən Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürüb
60%-dək endirimlər, hər 500 AZN-lik alış-verişə xüsusi şans!


















