“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə xidmətlərini rəqəmsallaşdıran qurumların sayı 100-ə çatıb. Rəqəmsal imzanın 100-cü tərəfdaşı “Azerconnect Grou” şirkəti olub.
2022-ci ildə istifadəyə verilmiş “SİMA İmza” bu günədək bir çox dövlət və özəl qurumların etibar etdiyi rəqəmsal platformaya çevrilərək vergi, gömrük, ədliyyə, təhsil, səhiyyə, bank, sığorta, onlayn ticarət və s. kimi sahələrdə tətbiq edilməyə başlanılıb.
SİMA rəqəmsal imza sayəsində vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulub, xidmət göstərənlərin iş yükü və xərcləri azalıb. Hazırda “SİMA İmza”dan Azərbaycan vətəndaşları, Azərbaycanda qanuni əsasla yaşayan əcnəbilər, fərdi sahibkarlar, hüquqi şəxslər və dövlət qurumları istifadə edə bilirlər. İmzanı əldə etmək üçün hər hansı fiziki daşıyıcıya və ya xidmət məntəqəsinə getməyə ehtiyac yoxdur. Sadəcə mobil tətbiqi yükləyib qeydiyyatdan keçmək kifayətdir.
Qeyd edək ki, “SİMA İmza” tətbiqinin yüklənilmə sayı 5.5 milyonu ötüb. SİMA İmza ilə 1000-dən çox elektron xidmətə əlçatanlıq təmin edilib. Yeni nəsil rəqəmsal imza haqqında daha ətraflı məlumatı sima.az saytından və “157” Çağrı Mərkəzi vasitəsilə əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























