970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30

Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından daha çox gəlir əldə edəcəyi gözlənilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından daha çox gəlir əldə edəcəyi gözlənilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2026-cı ildə Fondun aktivlərinin idarə edilməsindən gözlənilən gəlirlilik cari illə müqayisədə artımla proqnozlaşdırılmış, aktivlərin struktur dinamikasında Qızıl alt portfelinin payının 2025-ci il investisiya siyasətində müəyyən edilmiş hədəf diapazonundan kənara çıxması müşahidə edilmişdir.

Marja.az xəbər verir ki. bu Hesablama Palatasının Dövlət Neft Fondunun 2026-cı il büdcəsinin layihəsinə rəyində bildirilir.

Qeyd edilib ki,  2026-cı ildə Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 2 mlrd. 397,6 mln. ABŞ dolları və ya 4 mlrd. 75,8 mln. manat olması proqnozlaşdırılır ki, bu da manat ifadəsilə 2024-cü ilin müvafiq icra göstəricisindən (5 mlrd. 795,3 mln. manat) 1 mlrd. 719,4 mln. manat və ya 29,7% az, 2025-ci ilin proqnozundan (3 mlrd. 462,2 mln. manat) isə 613,6 mln manat və ya 17,7% çoxdur.

2026-cı il üçün Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsi ilə bağlı gəlirliliyi 3,7% proqnozlaşdırılmışdır ki, bu da 2025-ci il proqnozu ilə müqayisədə 0,2% daha çoxdur.

2025-ci ilin 9 ayı üzrə Dövlət Neft Fondu vəsaitlərinin idarə edilməsindən 3 mlrd. 79,8 mln. ABŞ dolları və ya 5 mlrd. 235,7 mln. manat gəlir əldə etmişdir. Fondun 2025-ci il üzrə qəbul edilmiş investisiya siyasətinə əsasən investisiya portfelinin aşağı uzaqlaşma intervalı maksimum 10% olmaqla 40%-i borc öhdəlikləri və pul bazarları alətlərindən, 25%-ə qədəri səhmlərdən (pay), 10%-ə qədəri yuxarı uzaqlaşma intervalı maksimum 3% olmaqla daşınmaz əmlakdan və 25%-ə qədəri isə yuxarı uzaqlaşma intervalı maksimum 4% olmaqla qızıl alt portfelindən ibarət olmuşdur.

Fondun aktivlərinin struktur dinamikasının təhlili göstərir ki, üç alt portfel üzrə paylanma Fondun 2025-ci il üçün təsdiq edilmiş investisiya siyasətində müəyyən edilmiş hədəf diapazonlarına əsasən ümumilikdə uyğunluq nümayiş etdirmişdir. Bununla belə, Qızıl alt portfeli üzrə il ərzində həyata keçirilmiş əlavə alışlar və beynəlxalq bazarlarda qızılın qiymətinin artması nəticəsində bu alt portfelin ümumi portfeldə xüsusi çəkisi artaraq hədəf diapazonunu üstələmişdir.

2025-ci ilin 9 ayı üzrə ARDNF-nin investisiya portfelinin gəlirliliyi 4,7% olmuşdur. 2025-ci ilin 9 aylıq icra göstəricilərinə əsasən, Fondun vəsaitlərinin idarə olunmasından 4,7% və ya 5 mlrd. 235,7 mln. manat (3 mlrd. 79,8 mln. ABŞ dolları) reallaşdırılmamış gəlir əldə olunmuşdur. Ümumi gəlirlilikdə 3,3% səhmlər alt portfeli, 1,4% isə borc öhdəlikləri və pul bazarı alt portfeli üzrə formalaşmış, Fondun daşınmaz əmlak alt portfelinin gəlirliliyi isə 0% olmuşdur. Fondun hesabat tarixinə büdcədənkənar gəlirləri 8 mlrd. 862,3 mln. ABŞ dolları təşkil etmiş, o cümlədən qızıl üzrə 6 mlrd. 820,1 mln. ABŞ dolları gəlir əldə edilmiş, valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq üzrə gəlir isə ümumilikdə 2 mlrd. 42,2 mln. ABŞ dolları təşkil etmişdir.

Dövlət Neft Fondu 2026 büdcəsi ARDNF aktivlərinin idarə edilməsi Neft Fondunun gəlirliliyi 2026 Hesablama Palatası rəyi ARDNF investisiya siyasəti Fondun investisiya portfeli qızıl alt portfeli ARDNF qızıl portfelinin payı ARDNF gəlirlilik proqnozu Dövlət Neft Fondu gəlirləri Neft Fondu büdcə layihəsi ARDNF 2025 icra göstəriciləri investisiya portfeli strukturu borc öhdəlikləri və pul bazarları səhmlər alt portfeli daşınmaz əmlak investisiyaları qızıl investisiyaları ARDNF aktiv strukturu Neft Fondu gəlir statistikası reallaşdırılmamış gəlir ARDNF qızıl qiymətlərinin artımı valyuta məzənnə fərqi gəlirləri Azərbaycanın strateji maliyyə ehtiyatları Marja.az xəbərləri
12.01.2026 13:11

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18

Ən çox oxunanlar