Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
Azərbaycanın “Aqro-Vest DC” şirkəti bu ilin əvvəlindən Rusiyanın qənnadı sahəsində tanınmış müəssisələrindən olan "NP "Konfil" Açıq Səhmdar Cəmiyyətilə (ASC) əməkdaşlıq haqqında müqavilə imzalayıb.
Müqaviləyə əsasən, “Aqro-Vest DC” şirkəti ölkəmizdə "NP "Konfil" ASC-nin rəsmi distribüterliyini həyata keçirəcək.
ASC müxtəlif seqmentlər üzrə məhsullar istehsal edir. Bura konfet-karamellər, şokoladlar, vaflilər, vafli-tortlar, zefir-marmeladlar, şokolad qlazurunda meyvələr, hədiyyəlik qutu və suvenirlər və s. daxildir.
Şirkətin top məhsullarına “Варенька”, “Васятка”, «Варенька шоколадная”, «Кристаллик», «Ясный месяц», «Отражение кокосик», «Мандарин», «Лимониада карамельная», «Маестро-виртуоз» və sair tanınmış çeşidlər daxildir.
Bu əməkdaşlıq yerli bazarda şirniyyat çeşidinin genişlənməsinə və satış həcminin artmasına töhfə verəcək.
Adıçəkilən ASC-nin əsası 1887-ci ildə "Lapşin və Ko." şirniyyat və zəncəfilli çörək müəssisəsi kimi qoyulub.
Hazırda "NP "Konfil" qənnadı fabriki Rusiyanın aşağı Volqa bölgəsindəki ən böyük qənnadı şirkəti olmaqla, illik satış həcmi təxminən 10.000 tondur və portfeli 300-dən çox qənnadı məhsulundan ibarətdir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
13 d. əvvəl
Əmanətlərin sığortalanması faizi yeni metodologiya ilə təsdiq ediləcək
- 17 d. əvvəl
-
34 d. əvvəl
"Maya dəyəri 4–5 dollar olan telefonlar mağazalarda 60–70 manata təklif olunur"
- 49 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dünya Bankı Azərbaycanda qaz sızmalarının azaldılmasına dəstək verəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Güclü iPhone satışları hesabına Apple şirkətinin gəliri rekord qırıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Abşeronun prokuroru vəzifəsindən azad olundu
Yeni Mercedes-Benz S-Class təqdim edildi - FOTO/VİDEO
Ən çox oxunanlar
Güclü iPhone satışları hesabına Apple şirkətinin gəliri rekord qırıb
Rəsmi məzənnələr açıqlanıb
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir
Qızıl və gümüş kəskin ucuzlaşıb
Tramp Kubaya neft satan ölkələrə gömrük tarifi tətbiqini nəzərdə tutan sərəncam imzalayıb



















