Nəhəng neft şirkəti olan Lukoil ABŞ şirkətinə satılır
Şirkət qlobal neft hasilatının təxminən 2 faizini təmin ediən Rusiyanın enerji şirkəti "Lukoil" beynəlxalq aktivlərini Amerikanın investisiya şirkəti "Carlyle"ə satmaq barədə razılığa gəlib. Şirkət, "Carlyle"ın "Lukoil International GmbH"ni satın almaq təklifinin qəbul edildiyini açıqlayıb. ABŞ prezidenti Donald Tramp, Rusiyanın ikinci ən böyük neft istehsalçısı olan "Lukoil" şirkətini və onun törəmə şirkətlərini 2025-ci ilin oktyabr ayında sanksiya siyahısına əlavə etmişdir.Rusiyanın enerji şirkəti "Lukoil" beynəlxalq aktivlərini ABŞ-ın investisiya şirkəti "Carlyle"ə satmaq barədə razılığa gəldiyini açıqlayıb.
Marja.az xəbər verir ki, "Lukoil" yaydığı məlumatda "Carlyle"in "Lukoil International GmbH" şirkətin satın alma təklifinin qəbul edildiyini bildirib.
Lukoil-dən verilən açıqlamada razılaşma çərçivəsinə Qazaxıstandakı aktivlərin daxil edilmədiyi qeyd olunub. Satışın tamamlanması üçün bir sıra şərtlərin yerinə yetirilməsinin zəruri olduğu vurğulanıb.
OFAC təsdiqi gözlənilir
Açıqlamaya görə, əməliyyatın qüvvəyə minməsi üçün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) təsdiqi tələb olunur. OFAC icazəsi ilə yanaşı, müqavilədə nəzərdə tutulan digər tənzimləyici şərtlərin də yerinə yetirilməsi gözlənilir.
Digər alıcılarla danışıqlar davam edir
"Lukoil" "Carlyle" ilə razılaşmaya baxmayaraq, digər potensial alıcılarla da danışıqlarını davam etdiyini bildirib. Bu isə satış prosesinin hələ tam yekunlaşmadığını göstərir.
Sanksiyalardan sonra mühüm addım
Satış qərarı ABŞ-ın tətbiq etdiyi sanksiyalardan sonra verilib. ABŞ Prezidenti Donald Tramp 2025-ci ilin oktyabrında Ukraynadakı müharibənin dayandırılmasına yönəlmiş sülh prosesində “ciddi öhdəlik çatışmazlığı” olduğu əsasını gətirərək "Lukoil" və onun törəmə şirkətlərini sanksiya siyahısına daxil etmişdi.
ABŞ-dakı aktivlər dondurulmuşdu
Bu çərçivədə "Lukoil"in ABŞ-da yerləşə aktivləri dondurulmuş, ABŞ vətəndaşlarının həmin aktivlərlə hər cür maliyyə əməliyyatı aparması qadağan edilmişdi.
Rusiya enerji sektoru üçün dönüş nöqtəsi
Qlobal neft hasilatının təxminən 2 faizini təmin edən "Lukoil" sanksiya qərarından sonra beynəlxalq aktivlərini satacağını bəyan etmişdi. Bu addım 2022-ci ilin fevralında başlayan Ukrayna müharibəsindən bəri Qərb sanksiyalarına qarşı bir Rusiya enerji şirkətinin atdığı ən genişmiqyaslı addımlardan biri kimi qiymətləndirilir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
44 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 47 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı























