Mərkəzi Bankın baş direktorlarından biri müşavir vəzifəsinə keçirilib, yerinə təyinat olub
Prezident Administrasiyasının sektor müdiri Mərkəzi Bankın rəhbərliyinə təyin edilib. Məlumata görə, bu ilin yanvar ayından etibarən Tural Feyzullayev Mərkəzi Bankda baş direktor təyin edilib. Qeyd edək ki, T.Feyzullayev 2022-2025-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Hüquqi təminat və təhlil sektorunun müdiri vəzifəsində çalışıb.Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəna Məlikova qurumun sədrinin müşaviri vəzifəsinə keçirilib.
Məlumata görə, onun əvvəlki vəzifəsi Tural Feyzullayevə həvalə olunub.
R.Məlikova 1964-cü ildə Bakıda anadan olub, 1988-ci ildə Kirov adına Azərbaycan Dövlət Universitetinin "Hüquqşünas" ixtisası üzrə, 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və kredit" ixtisası üzrə yenidənhazırlanma kursunu bitirib.
O, əmək fəaliyyətinə 1981-ci ildə başlayıb, 1993-cü ilə qədər hüquq işi sahəsində müxtəlif vəzifələrdə çalışıb, 1993-cü ildən AMB-yə aparıcı hüquq məsləhətçisi, baş hüquq məsləhətçisi, Hüquq şöbəsinin rəisi, 2000-ci ilin mart ayından isə Hüquq departamentinin direktoru vəzifəsində işləyib, 2007-ci ildə bank sisteminin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə, 2019-cu ilin sentyabr ayında 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilib, 2024-2025-ci illərdə AMB-nin baş direktoru vəzifəsində işləyib.
T.Feyzullayev isə 1990-cı ildə Ağcabədidə anadan olub, 2011-ci ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasını "Hüquqşünaslıq" ixtisası üzrə bakalavr, 2013-cü ildə Fransanın Tuluz Universitetini "Beynəlxalq və Avropa hüququ", 2014-cü ildə isə həmin universiteti "Beynəlxalq biznes hüququ" ixtisasları üzrə magistr dərəcələri ilə bitirib.
O, əmək fəaliyyətinə 2011-ci ildə "Azərsun Holdinq" MMC-də Araşdırma departamentində araşdırma mütəxəssisi vəzifəsi ilə başlayıb, 2015-2016-cı illərdə AMB-nin Hüquq departamentinin Bank nəzarətinin hüquqi təminatı şöbəsində hüquq məsləhətçisi vəzifəsində işləyib, 2016-2019-cu illərdə Maliyyə Bazarlarına Nəzarət Palatasında hüquqşünas, aparıcı hüquqşünas, böyük hüquqşünas, Hüquqi təminat idarəsinin rəisi olub, 2018-ci ilin noyabr ayında biznes mühitinin əlverişliliyinin artırılmasına verdiyi töhfəyə və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilib, 2020-2021-ci illərdə AMB-nin Hüquq departamentində direktor müavini - Maliyyə bazarlarının hüquqi təminatı şöbəsinin rəisi, 2021-2022-ci illərdə "AccessBank" QSC-də Hüquq və komplayens departamentinin rəhbəri vəzifəsində işləyib, 2021-ci ildə Birinci "Yüksəliş" müsabiqəsinin qalibi olub, 2022-2025-ci illərdə Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Hüquqi təminat və təhlil sektorunun müdiri vəzifəsində işləyib.
© "Report"
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
13 d. əvvəl
Əmanətlərin sığortalanması faizi yeni metodologiya ilə təsdiq ediləcək
- 17 d. əvvəl
-
34 d. əvvəl
"Maya dəyəri 4–5 dollar olan telefonlar mağazalarda 60–70 manata təklif olunur"
- 49 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dünya Bankı Azərbaycanda qaz sızmalarının azaldılmasına dəstək verəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Güclü iPhone satışları hesabına Apple şirkətinin gəliri rekord qırıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Abşeronun prokuroru vəzifəsindən azad olundu
Yeni Mercedes-Benz S-Class təqdim edildi - FOTO/VİDEO
Ən çox oxunanlar
Güclü iPhone satışları hesabına Apple şirkətinin gəliri rekord qırıb
Rəsmi məzənnələr açıqlanıb
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir
Qızıl və gümüş kəskin ucuzlaşıb
Tramp Kubaya neft satan ölkələrə gömrük tarifi tətbiqini nəzərdə tutan sərəncam imzalayıb






















