Tramp: Pauell milli təhlükəsizliyimizə zərər verir
ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauellə faiz dərəcələrinin sabit saxlanılması səbəbilə tənqidlərini yenidən dilə gətirib.
Marja xəbər verir ki, FED-in dünən faizləri sabit saxlamasından sonra bu gün "Truth Social" hesabında açıqlama verən Tramp, Pauellin faiz dərəcələrini yüksək səviyyədə saxlamaq üçün heç bir əsasının olmadığını müdafiə edərək, “Ölkəmizə və milli təhlükəsizliyimizə zərər verir” deyib.
Tramp Pauellin belə inflyasiyanı problem kimi görmədiyini qeyd edərək, “İndi əhəmiyyətli dərəcədə daha aşağı faiz dərəcələrinə malik olmalıydıq” ifadələrini işlədib.
Tramp paylaşımında bildirib ki, “Bu, Amerikaya ildə yüz milyardlarla dollar, tamamilə lazımsız və yersiz faiz xərci yaradır. Tariflər səbəbilə ölkəmizə axan böyük həcmdə vəsaitə görə, dünyadakı istənilən ölkədən daha aşağı faiz ödəməliydik. Fed faiz dərəcələrini indi əhəmiyyətli dərəcədə azaltmalıdır”.
Fed 27–28 yanvar tarixlərində keçirilən iclasdan sonra dünən əsas faiz dərəcəsini yüzdə 3,50–3,75 faiz intervalında sabit saxlayıb.
Fed sədri Pauell 2026-cı ilin ilk pul siyasəti iclasından sonra verdiyi açıqlamada məşğulluq və qiymət sabitliyi olmaqla iki əsas hədəfə güclü şəkildə fokuslanıldığını vurğulayıb. Pauell 2022-ci ildə müşahidə olunan yüksək səviyyələrdən sonra inflyasiyada nəzərəçarpacaq geriləmə baş verdiyini, lakin inflyasiyanın hələ də FED-in uzunmüddətli yüzdə 2 hədəfindən yuxarı qaldığını bildirib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
44 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 47 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı






















