Kimya şirkəti Dow 4 min 500 nəfəri işdən çıxaracaq
Kimya şirkəti Dow, 4 min 500 nəfərin işdən çıxararaq əsas mənfəətini 2 milyard dollar artırmağı hədəfləyir.Kimyəvi maddə və kənd təsərrüfatı məhsulları istehsalçısı Dow Inc., fəaliyyətlərini sadələşdirmək məqsədilə təxminən 4 min 500 nəfəri işdən çıxarmağı planlaşdırır.
Marja.az Dow şirkətinin yaydığı açıqlamaya istinadən xəbər verir ki, bu addım qısa müddətdə faiz, vergi və amortizasiya öncəsi əməliyyat mənfəətində ən azı 2 milyard dollarlıq artım təmin edəcək və bu il üçün 500 milyon dollarlıq hədəf müəyyən edilib. Şirkət bunun üçün süni intellekt və avtomatlaşdırmadan istifadə etməyi planlaşdırır.
Şirkət 1,1 milyard ilə 1,5 milyard dollar arasında birdəfəlik xərclər gözləyir; bu xərclərin 800 milyon dollara qədər olan hissəsi əmək haqqı ödənişlərini də əhatə edə bilər.
Şirkətin baş direktoru Jim Fitterling bildirib: "Bu addım uzun müddətdir davam edən durğunluq və çətinliklərin öhdəsindən gəlmək üçün artıq gördüyümüz tədbirləri daha da sürətləndirəcək".
Dow şirkətinin 2024-cü ilin dekabr ayında 36 min işçisi olub.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
44 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 47 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı
























