Gömrük xərcləri artsa da Li Auto qiymətləri sabit saxlayır - QİYMƏTLƏR
(®) Gömrük rüsumlarında baş verən artımlara baxmayaraq, Li Auto Azərbaycan bazarında müştəriyönümlü yanaşmasını davam etdirir.
Brend, mövcud bazar şərtlərini və iqtisadi dəyişiklikləri nəzərə alaraq, müştərilərin maraqlarını ön planda saxlayıb və dekabr ayında tətbiq edilən qiymətləri qorumaq qərarına gəlib.
Beləliklə, hazırda Li Auto avtomobillərini gömrük xərclərinin artımından əvvəlki qiymətlərlə əldə etmək mümkündür. Bu addım Li Auto-nun uzunmüddətli etimad, şəffaflıq və müştəri məmnuniyyəti prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirir.
Li Auto modelləri müasir dizayn, yüksək komfort, qabaqcıl texnologiyalar və güclü hibrid sistemləri ilə seçilir. Brend, premium seqmentdə balanslı qiymət siyasəti və zəngin təchizat səviyyəsi ilə fərqlənərək, müştərilərə alternativsiz dəyər təklif edir.
Hazırda qüvvədə olan qiymətlər aşağıdakılardır:
• Li L9 Ultra – 68 000 ABŞ dolları
• Li L9 Pro – 63 500 ABŞ dolları
• Li L7 Ultra – 56 500 ABŞ dolları
• Li L7 Pro – 48 650 ABŞ dolları
• Li L6 Pro – 43 300 ABŞ dolları
Təqdim olunan bütün avtomobillər 5 il və ya 100 000 km rəsmi zəmanət ilə satışa çıxarılır ki, bu da Li Auto-nun məhsul keyfiyyətinə və etibarlılığına verdiyi önəmin göstəricisidir.
Li Auto avtomobilləri ilə maraqlanan müştərilər Bakı şəhəri, Babək prospekti 35A ünvanında yerləşən rəsmi satış mərkəzinə müraciət edə və ya *2299 nömrəli çağrı mərkəzi vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
2 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
1 saat əvvəl
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı - VİDEO
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"bp-Azərbaycan"dan 2025-ci ilin yekunları üzrə BİZNES ƏMƏLİYYATLARI HESABATI
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Gemini” istifadəçilərə artıq Azərbaycan dilində də təqdim olunur
-
2 saat əvvəl
"Trendyolmilla" ilkə imza atıb: Regenerativ pambıqdan cins kolleksiyası
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Yaxın günlərdə fermerlərə subsidiya ödənişlərinə başlanacaq
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
Ən çox oxunanlar
KPMG Bakıda 2-ci ofisini açdı
“Gemini” istifadəçilərə artıq Azərbaycan dilində də təqdim olunur
Daha bir bank nağd kredit üzrə faiz dərəcəsini endirdi
Azərbaycan neftinin son qiyməti
Expressbank Quba-Xaçmaz regionunda sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
Dövriyyə 10 min dolları keçdiyi halda, vergi uçotu tələb olunacaq - Qeyri-rezidentlər üçün yeni qaydalar gəlir





















