Azərbaycanın bu şirkətinin səhmləri sürətlə bahalaşır
Sentyabrın 22-də Bakı Fond Birjasında (BFB) “Cənubtikintiservis” ASC-nin səhmlərinin alqı-satqısı üzrə 2 əqd bağlanılıb.
BFB-nin məlumatına görə, əqdlər müəssisənin 20 səhminin realizə edilməsini nəzərdə tutur.
Qiymətli kağızların nominal dəyəri 2 manat olsa da, onlar 12,5 dəfə baha – 25 manatdan “əl dəyişdirib”.
Bu, səhmlərin ilin əvvəli ilə müqayisədə 13,6% bahalaşması deməkdir. Belə ki, ötən il dekabrın 28-də BFB-də bağlanılmış əqdlə bu səhmlər 22 manatdan alınıb-satılıb.
Xatırladaq ki, “Cənubtikintiservis” ASC 2003-cü ildə yaradılıb, Azərbaycanın neft-qaz sektoruna xidmət göstərən aktiv müəssisələrdən biridir. Onun nizamnamə kapitalı 1 323 694 manatdır. Şirkətin əsas səhmdarı Türkiyənin "Tekfen İnşaat" şirkətidir.
2016-cı ilin yekununda səhmdarlarına hər səhm üçün 10,56 manat divident ödəyən “Cənubtikintiservis”in səhmləri üzrə market-meyker xidmətini “Azfinance İnvestisiya Şirkəti” QSC göstərir. Şirkət hazırda müəssisənin səhmlərini 23 manatdan alır, 24,15 manatdan satır.
Qiymətli kağızlar bazarı üzrə mütəxəssislər isə bu qənaətdədir ki, “Cənubtikintiservis”in ödədiyi illik dividentin məbləği, aktivlərinin strukturu və səhmlərin likvidliyi nəzərə alınarsa, şirkətin səhmlərinin qiyməti 70-80 manatdan aşağı olmamalıdır.
© Report
Müştərilərin xəbərləri
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 15 d. əvvəl
-
-
40 d. əvvəl
"İPO üzrə parametrləri Novruz bayramından dərhal sonra açıqlayacağıq"
-
54 d. əvvəl
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
-
1 saat əvvəl
“129 milyon manat və ya xalis mənfəətin 60%-i həcmində dividend ödənişimiz olub”
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
Ən çox oxunanlar
Sabaha olan hava proqnozu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
























