OPEC+ apreldə hasilatı artıracaq - Neft qiymətlərinin sıçrayışı ilə bağlı xəbərdarlıq
Bazar günü Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və tərəfdaşları (OPEC+) aprel ayı üçün gündəlik neft hasilatı həcmini 206 min barel həcmində artırmağa razılaşıb.
Marja.az xəbər verir ki, qərar ABŞ və İsrailin İrana qarşı müharibəsi və Tehranın cavab tədbirləri nəticəsində Yaxın Şərqdə qrupun əsas üzvlərindən olan ölkələrdən neft axınlarının (tədarükünün) pozulduğu bir vaxta təsadüf edib.
OPEC+ tarixən tədarük pozuntularını kompensasiya etmək üçün hasilatı artırıb. Lakin analitiklərin fikrincə, hazırda qrupun əlavə təklif təqdim etmək üçün sərbəst istehsal gücü məhduddur. Yalnız Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri müəyyən ehtiyat gücə malikdir. Bununla belə, Körfəzdə vəiyyət normallaşana qədər bu ölkələr də ixracda çətinliklərlə üzləşə bilər.
Mənbələr Reuters-ə bildiriblər ki, Riyad OPEC+ üzvü İranla bağlı ABŞ zərbələrinə hazırlıq çərçivəsində son həftələrdə hasilat və ixracı gündəlik təxminən 500 min barel artırıb.
Şənbə günündən etibarən gəmi sahiblərinin İran tərəfindən ərazinin naviqasiya üçün bağlandığı barədə xəbərdarlıq alması ilə Hörmüz boğazı vasitəsilə Yaxın Şərqdən neft, qaz və digər yüklərin daşınması dayanıb.
Bazar günü yüzlərlə gəmi lövbər salaraq hərəkətsiz qalıb, bir neçə gəmi isə hücuma məruz qalıb. Hörmüz boğazı qlobal neft tranzitinin 20%-dən çoxunu təmin edən dünyanın ən vacib neft marşrutudur.
OPEC+ qərarı bazarları sakitləşdirməyə bilər
Qiymətlərə təzyiq göstərə biləcək təklif bolluğu ilə bağlı narahatlıqlara baxmayaraq, Brent nefti bu il bahalaşıb və ötən cümə günü 73 dollara çatmışdı.
Brent nefti bazar ertəsi günü 10%-ə yaxın bahalaşaraq 80 dollar səviyyəsinə yüksəlib. Sonra aiymət 77 dollar səviyyələrinədək geriləyib.
"Rystad Energy"də geosiyasi təhlil rəhbəri kimi çalışan və keçmiş OPEC rəsmisi olan Xorxe Leon bildirib ki, OPEC+ın hasilat artımı bazarları sakitləşdirməyə bilər.
O deyib: “Qiymətlər nisbətən kiçik hasilat artımına deyil, Körfəzdəki hadisələrə və daşınma axınlarının vəziyyətinə reaksiya verəcək.”
OPEC+ bazar günü yaydığı bəyanatda apreldən etibarən hasilatın gündəlik 206 min barel artırılacağını açıqlayıb. Beş mənbənin bildirdiyinə görə, qrup 137 min bareldən 548 min barelədək müxtəlif artım variantlarını müzakirə edib. Razılaşdırılmış artım üç aylıq fasilədən sonra hasilat artımlarının bərpası deməkdir və qlobal təklifin 0,2%-dən azını təşkil edir.
Neft qiymətlərinin sıçrayışı ilə bağlı xəbərdarlıq
Kanadanın maliyyə xidmətləri şirkəti və bazar kapitallaşmasına görə ölkənin ən böyük bankı olan "Royal Bank of Canada"nın (RBC) təcrübəli OPEC analitiki Helima Kroft bildirib ki, Yaxın Şərq liderləri Vaşinqtonu xəbərdar ediblər: "İrana qarşı müharibə neft qiymətlərinin 100 dollardan yuxarı qalxmasına səbəb ola bilər".
Böyük Britaniya bankı "Barclays"ın analitikləri də neftin qiymətinin 100 dollara çata biləcəyini qeyd ediblər.
ABŞ bankı Citi-nin analitikləri davam edən münaqişə fonunda Brent neftinin bu həftə 80-90 dollar aralığında ticarət olunacağını gözləyirlər.
Kroft vurğulayıb ki, Səudiyyə Ərəbistanı xaricində istehsal imkanlarının məhdudluğu səbəbindən OPEC+un hasilatı artırmasının bazara təsiri məhdud olacaq.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 8 saat sonra
-
-
8 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
8 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
9 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
9 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 9 saat əvvəl
-
10 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
10 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb























