Qlobal bankdan Hörmüz boğazı ssenariləri
Qlobal enerji dəhlizlərinin ən mühüm yollarından biri olan Hörmüz boğazında mümkün bağlanma neft bazarlarını birbaşa təhdid edir.
Marja.az xəbər verir ki, ABŞ-ın investisiya bankı "Goldman Sachs" boğazda daşımaların bir ay müddətinə dayanması və ya yavaşlaması halında neftin qiymətində yarana biləcək artımları ssenarilər ilə sıralayıb.
1. Tam bağlanma (müdaxilə edilməsə) | +15 dollar
Boğazın bir ay ərzində tamamilə bağlı qalması və strateji neft ehtiyatlarından (Strategic Petroleum Reserve - SPR) istifadə edilməməsi və ya alternativ boru kəmərlərinin istifadə olunmaması halında qiymətlərin 15 dollar artacağı gözlənilir.
2. Tam bağlanma (boru kəməri dəstəyi ilə) | +12 dollar
Tam bağlanma zamanı mövcud olan 4 milyon barrel həcmində ehtiyat boru kəməri gücünün tam işə salınması halında qiymət artımının 12 dollar səviyyəsində qalacağı proqnozlaşdırılır.
3. Tam bağlanma (boru kəməri + strateji ehtiyatlar) | +10 dollar
Boru kəmərlərinin istifadəsinə əlavə olaraq qlobal strateji neft ehtiyatlarının (SPR) bir ay ərzində gündəlik 2 milyon barrel sürətlə bazara çıxarılması halında qiymət artımının 10 dollarla məhdudlaşacağı gözlənilir.
4. 50% bağlanma | +4 dollar
Boğazdakı axının yarıbayarı azalması və ehtiyat boru kəməri gücünün aktiv istifadəsi halında qiymətlərə təsirin 4 dollar olacağı ehtimal edilir.
5. 25% bağlanma | +1 dollar
Daşımaların 25% həcmində azalması və boru kəməri gücünün istifadədə qalması vəziyyətində qiymət artımının yalnız 1 dollar səviyyəsində olacağı proqnozlaşdırılır.
Əlavə edək ki, Bakı vaxtı ilə saat 11:30-da Brent nefti 8,70% bahalşama ilə 79,21 dollara ticarət olunub. Bu gün səhər neftin qiyməti 82 dollaradək yüksəlmişdi.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
5 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
10 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 22 d. əvvəl
- 24 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























