Azərbaycan neftinin qiyməti 91 dolları keçdi
"Azeri Light" nefti bahalaşmaqda davam edir. Belə ki, Azərbaycan neftinin qiyməti artıq 91 dolları keçib. Bundan əvvəl dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,56 ABŞ dolları və ya 8,2 % artaraq 86,16 ABŞ dolları təşkil etmişdi.Bir neçə dəqiqə öncəyə olan məlumata görə, Azərbaycan nefti 87.48 dollara ticarət olunub.
XXX
Dünya bazarında Azərbaycan neftinin qiymətində artım qeydə alınıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 91.42 dollar təşkil edib. Gün ərzində Azərbaycan nefti 4.49 faiz bahalaşıb.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir barelinin qiyməti 65 dollar səviyyəsində götürülüb. Hazırda dünya bazarında formalaşan qiymət isə bu göstəricidən xeyli yüksəkdir.Bu isə o deməkdir ki, neftin faktiki qiymətinin büdcədə nəzərdə tutulandan yüksək olması dövlət büdcəsinə əlavə gəlirlərin formalaşmasına müsbət təsir göstərə bilər.
Ekspertlərin fikrincə, qiymət artımına əsasən qlobal enerji bazarında geosiyasi risklərin artması və investorların enerji resurslarına marağının güclənməsi təsir edir.
Qeyd edək ki, “Azeri Light” Azərbaycanın ixrac etdiyi əsas neft markasıdır və onun qiymət dinamikası ölkənin enerji gəlirləri üçün əsas göstəricilərdən hesab olunur.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 16 saat sonra
-
-
38 d. əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
55 d. əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
1 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
1 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 1 saat əvvəl
-
2 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
2 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb
























