Bazarlar sarsıldı - Neft 116 dolları keçdi
Neft qiyməti 2022-ci ildən bəri ilk dəfə 110 dolları keçibQlobal neft qiymətləri 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin ilk aylarından bəri ilk dəfə olaraq bir barel üçün 110 dollar səviyyəsini keçib.
Marja xəbər verir ki, bazar günü ABŞ-da gecə əməliyyatlarında beynəlxalq etalon sayılan Brent markalı neft və ABŞ-ın WTI markalı xam nefti 27%-ə yaxın bahalaşaraq bir barel üçün 116 dolların üzərinə qalxıb. Münaqişənin başlanmasından bəri Brent nefti təxminən 50%, WTI isə 60%-dən çox bahalaşıb.
ABŞ fond bazarlarında eniş
Neft qiymətlərinin kəskin artması fonunda ABŞ fond bazarlarında da satışlar güclənib.
- S&P 500 və Nasdaq 100 indekslərinin fyuçersləri təxminən 1,5% geriləyib.
- Dow Jones sənaye indeksi fyuçersləri isə 2% düşüb.
Yaxın Şərqdə gərginlik bazarları silkələdi
Qiymətlərin sürətlə artmasının əsas səbəbi ABŞ və İsrailin 28 fevral tarixində İrana qarşı başladığı hava zərbələri və regionda gərginliyin kəskin artmasıdır.
Məlumata görə, hücumlar zamanı İranın ali dini lideri Əli Xamenei öldürülüb. İran tərəfinin sərt cavab tədbirləri və münaqişənin genişlənməsi riskləri enerji bazarlarında ciddi narahatlıq yaradıb.
Bu hadisələr nəticəsində neft qiymətləri 1985-ci ildən bəri ən böyük həftəlik artımlardan birini qeydə alıb.
Hürmüz boğazı risk altındadır
Münaqişənin ən kritik təsirlərindən biri Hörmüz boğazından keçən tanker daşımalarının demək olar ki, dayanmasıdır.
Basra körfəzini qlobal bazarlarla birləşdirən bu su yolundan hər gün təxminən 20 milyon barel neft, yəni dünya üzrə dəniz yolu ilə daşınan neftin təxminən beşdə biri keçir.
Vortexa şirkətinin məlumatına görə, hazırda təxminən 16 milyon barel gündəlik neft boğazın arxasında qalaraq bazara çıxarıla bilmir.
150 dollar riski
Macquarie bankının strateqi Vikas Dwivedi bildirib ki, Hürmüz boğazının bir neçə həftə bağlı qalması neft qiymətlərinin 150 dolların üzərinə qalxmasına səbəb ola biləcək domino effekti yarada bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
9 d. əvvəl
Nazir Azərbaycanda iqtisadi artımın dayanmasının əsas səbəbini açıqladı
- 28 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 2 saat əvvəl
-
3 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
-
4 saat əvvəl
Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
- 4 saat əvvəl
-
5 saat əvvəl
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Ən çox oxunanlar
PAŞA Bank: 20 min manatadək sifariş verən investorların sifarişlərinin 100 faiz təmin ediləcəyi ehtimalı yüksəkdir
“AzerGold” QSC-də Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib
SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində





















