2026-cı ilin sonuna qədər qızılın daha da bahalaşacağı gözlənilir
Qlobal investisiya bankı "Goldman Sachs"ın analitiklərinə görə, qızılın unsiyasının qiyməti 2026-cı ilin sonuna qədər 5400 dollara çata bilər.
Marja.az-ın məlumatına görə, bankın analitikləri araşdırmada bildiriblər ki, bazarda spekulyativ mövqelər hazırda aşağı səviyyədədir və qızıl “həddindən artıq satılmış” görünür. Analitiklərin fikrincə, investorlar daha sərt pul siyasəti şokunu qiymətlərə daxil ediblər və bu da qızıl üzərində təzyiq yaratsa da, yuxarı istiqamətli potensialı gücləndirir.
Faiz endirimi qızılı dəstəkləyə bilər
Bankın iqtisadçıları hesab edir ki, ABŞ Mərkəzi Bankı (FED) 2026-cı ildə iki dəfə faiz endiriminə gedə bilər. Hesablamalara görə, bu addımlar qızılın qiymətinə unsiya üzrə təxminən 120 dollar əlavə dəstək verə bilər.
Mərkəzi bankların tələbi əsas faktor olacaq
Qeyd olunur ki, orta müddətdə qızıl bazarında qiymət artımına əsas dəstək amillərindən biri mərkəzi bankların alışları olaraq qalacaq. "Goldman Sachs"ın analitikləri bu alışların yenidən sürətlənərək aylıq orta hesabla 60 ton səviyyəsinə çata biləcəyini proqnozlaşdırırlar.
XXX
Qızılı, ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını yenidən açmadan İran müharibəsini sona çatdırmaq istədiyinə dair xəbərlər və ABŞ Mərkəzi Bankının faiz artışı gözləntilərini "yumşaldan" açıqlamalarından sonra yüksəlişini davam etdirib.
Külçə qızılın qiyməti, əvvəlki ticarət sessiyasında 0,4% yüksəldikdən sonra 1,8%-ə qədər artaraq unsiyası təxminən 4585 dolları görüb. Bu yüksəliş, "The Wall Street Journal"ın xəbərinə görə, Trampın müşavirlərinə Hörmüz boğazı böyük ölçüdə bağlı olsa da ABŞ-ın İrana hərbi əməliyyatını sona çatdırmağa hazır olduğunu söyləməsi ilə əlaqələndirilir. Bu, bir aydır davam edən münaqişənin sona çatacağına dair ümidləri artırıb.
FED sədri Jerome Powell bildirib ki, müharibənin neft qiymətlərini artıraraq inflyasiya təzyiqləri və faiz artışı gözləntilərini yüksəltməsinə baxmayaraq, uzunmüddətli ABŞ inflyasiya gözləntiləri nəzarət altında görünür. Powell, mərkəzi bankın siyasətini “gözləyib görmək üçün yaxşı bir nöqtədə” olduğunu ifadə edib.
Son günlər investorlar, ABŞ və İsrailin Fevral ayının sonunda İrana qarşı hücumlar başlatmasından sonra qizılın qiymətləində yaşanan azalmanı fürsət olaraq qiymətləndirərək alışa keçiblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)














