İran: ABŞ danışıqlar prosesi öncəsi razılaşdırılmış 10 maddəlik təklifin 3 əsas maddəsini pozub
İran Məclisinin sədri Məhəmməd Baqir Qalibaf, ABŞ ilə aparılması planlaşdırılan danışıqlar prosesi öncəsi razılaşdırılmış 10 maddəlik təklifin 3 əsas maddəsinin pozulduğunu qeyd edərək, “Qarşılıqlı atəşkəs və ya danışıqların bir mənası yoxdur” ifadələrini işlədib.
Qalibaf sosial media hesabında paylaşdığı yazılı açıqlamada ABŞ-a qarşı dərin tarixi etimadsızlıq duyduqlarını vurğulayıb. Bu etimadsızlığın əsas səbəbi kimi Vaşinqton administrasiyasının öhdəliklərini sistemli şəkildə pozmasını göstərib.
ABŞ ilə İran arasında atəşkəs çərçivəsində müəyyən edilən 10 maddənin “danışıqlar üçün tətbiq oluna bilən zəmin olduğunu” ABŞ Prezidenti Donald Trampın da qəbul etdiyini xatırladan Qalibaf, buna baxmayaraq proses başlamadan əvvəl üç əsas maddənin pozulduğunu bildirib.
Qalibafə görə pozulan maddələr:
1- Pakistanın Baş naziri Şahbaz Şərifin də açıq şəkildə dediyi kimi “Livan və digər bölgələr də daxil olmaqla hər yerdə dərhal qüvvəyə minəcək bir atəşkəs” kimi elan edilən 10 maddəlik təklifin Livandakı atəşkəsə dair ilk maddəsinə əməl olunmaması
2- İran hava məkanının pozulmasını qadağan edən maddəyə baxmayaraq, Fars vilayətinə bağlı Lar şəhəri üzərində məhv edilən pilotsuz uçuş aparatının İran hava məkanına daxil olması
3- Razılaşmanın altıncı maddəsində yer alan İranın uran zənginləşdirmə hüququnun rədd edilməsi
Danışıqlar üçün əsas kimi qəbul edilən maddələrin hələ müzakirələr başlamadan açıq şəkildə pozulduğunu vurğulayan Qalibaf, “Hazırda danışıqlar üçün ‘tətbiq oluna bilən zəmin’ hələ müzakirələr başlamadan açıq və aydın şəkildə pozulub. Belə bir vəziyyətdə qarşılıqlı atəşkəs və ya danışıqlar məntiqsizdir” qiymətləndirməsini edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Ən çox oxunanlar
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA













.jpg)






