Neft blokada xəbəri ilə bahalaşıb
Neft qiymətləri bazar ertəsi Asiya ticarətində kəskin artaraq 100 dollar/barel səviyyəsini yenidən keçib. Buna səbəb ABŞ Prezidenti Donald Trampın İranla atəşkəs danışıqları uğursuz olduqdan sonra ABŞ donanmasının Hörmüz boğazını blokadaya almağa başlayacağını bildirməsi olub.Neft, həftə sonu Vaşinqton ilə Tehran arasında aparılan danışıqların razılaşma ilə nəticələnməməsindən sonra ABŞ-ın Hörmüz boğazını blokadaya almaq qərarı verməsi ilə kəskin bahalaşıb.
Marja xəbər verir ki, Brent neftinin qiyməti bir barel üçün təxminən 104,7 dollara yüksələrək 9,1 %-ə qədər artıb, Avropada təbii qaz üzrə fyuçers müqavilələri isə bir ara təxminən 18 % sıçrayış edib (BAkı vaxtı ilə saat 08:44-ə olan məlumat). ABŞ Mərkəzi Qüvvələr Komandanlığı İran limanlarına daxil olan və ya oradan çıxan bütün gəmiləri əhatə edən blokadanın bazar ertəsi Nyu-York vaxtı ilə saat 10:00-dan etibarən tətbiq ediləcəyini açıqlayıb.
Yaxın Şərqdəki müharibə qlobal enerji bazarlarını alt-üst edərkən, artan qiymətlər inflyasiyanı sürətləndirmək və iqtisadi artımı zəiflətmək riski yaradır. Fiziki təklifin azalması fonunda dünya üzrə emal zavodları və investorlar dərhal təhvil verilə biləcək xam neft yükləri üçün təcili rəqabətə giriblər.
ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bu addımın çox təsirli olacağını bildirib və daha əvvəl Tehrandan gələcək mümkün müqavimət halında cavab tədbirləri görüləcəyi ilə hədələmişdi. Wall Street Journal qəzetinin məlumatına görə, blokada ilə yanaşı ABŞ administrasiyası məhdud hərbi zərbələri yenidən başlatmaq variantını da nəzərdən keçirir.
Bloomberg TV-yə danışan Səudiyyə Ərəbistanının ABŞ-dakı keçmiş səfiri Michael Ratney bildirib: “Bu vəziyyət son dərəcə böyük əlavə risk və qeyri-müəyyənlik yaradır”. Çinə neft daşıyan bəzi gəmilərə diqqət çəkən Ratney əlavə edib: “ABŞ Hərbi Dəniz Qüvvələri bunları da blokadaya alacaqmı və bu, ABŞ–Çin münasibətlərində böhrana səbəb ola bilərmi?”
Bəsrə körfəzini qlobal bazarlara bağlayan Hörmüz boğazı, fevral ayının sonunda ABŞ və İsrailin İrana qarşı hücumlarının başlamasından bəri faktiki olaraq bağlı vəziyyətdədir. Tehran administrasiyası bəzi gəmilərdən ödəniş alaraq və nəqliyyat axınını müharibədən əvvəlki səviyyələrdən xeyli aşağı salaraq bu marşrut üzərində nəzarətini artıraraq Vaşinqtonu çətin vəziyyətə salıb.
Bloomberg-in tanker izləmə məlumatlarına görə, İran mart ayında da Bəsrə körfəzindən xam neft ixracını davam etdirib. Ən böyük ixrac istiqaməti Çin olub, lakin göndərişlər əvvəlki ayla müqayisədə azalıb.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Yaxın Şərq Proqramının direktoru Mona Yacoubian ABŞ-ın blokada planı ilə bağlı bildirib: “Bu, olduqca iddialı təşəbbüs kimi görünür və problemi həll etmir. Bunu anlamaq çətindir”.
Yacoubianın sözlərinə görə, İran neft ixracının təhlükə altında olduğunu hiss edərsə, Yəməndəki husiləri Qırmızı dənizin cənub girişində yerləşən Bab əl-Məndəb boğazından keçən gəmiləri hədəf almağa yönləndirə bilər. Mart ayının sonunda müharibəyə qoşulan husilərin dəniz daşımalarını pozmaq imkanları mövcuddur.
Müharibənin başlamasından bəri Səudiyyə Ərəbistanının ölkədaxili boru kəmərləri vasitəsilə Yanbu limanına daha çox neft göndərməsi səbəbindən Qırmızı dəniz üzərindən həyata keçirilən neft axını daha da əhəmiyyət qazanıb. Bazar günü Riyad administrasiyası İran hücumlarından sonra Şərq–Qərb boru kəmərinin tam güclə işlədiyini və Manifa yatağında hasilatın yenidən başladığını açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 10 d. əvvəl
-
-
19 d. əvvəl
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
-
1 saat əvvəl
Kart ödənişləri üzrə komissiyalara yuxarı hədd müəyyən edilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!
-
3 saat əvvəl
Enerji Məsələlərini Tənzimləmə Agentliyi və TuranBank arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
"İPO-da əsas anderrayter kimi iştirak etmək bizim üçün həm məsuliyyət, həm də yüksək etimadın ifadəsidir"
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
Birbank Invest-lə PAŞA Bank səhmdarı ol
Azərbaycan iqtisadiyyatı cüzi kiçilib
Azərbaycanda şirkətlərin sayı 6 faizdən çox artıb
Ən çox oxunanlar
Enerji Məsələlərini Tənzimləmə Agentliyi və TuranBank arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Aprelin 14-də gözlənilən hava şəraiti
Vüqar Namazov: "1,5 milyona yaxın olan müştəri bazamız üzərindən "PAŞA Bank"ın yanındayıq"
Birjanın sədri: "Bəzi telekommunikasiya,istehsal və tikinti şirkətləri yaxın illərdə IPO-ya çıxmağa namizəd ola bilərlər"
"ABB Invest "vasitəsilə "PAŞA Bank" səhmlərinin sahibi olun!





.jpg)
.jpg)




.jpg)






