Yapı Kredi “Texnologiyada Fürsət Bərabərliyi” proqramını Azərbaycana gətirdi
(®) Yapı Kredi, inklüzivlik və fürsət bərabərliyi istiqamətində sosial investisiyalarını beynəlxalq miqyasda genişləndirməyə davam edir. Bank, Birləşmiş Millətlər Təşkilatının Təhsil və Tədqiqat İnstitutuna (UNITAR) bağlıİdarəçilər və Liderlər üçün Beynəlxalq Təlim, Tətbiq və Tədqiqat Mərkəzi (CIFAL Istanbul) və Bahçeşehir Universiteti (BAU) iləəməkdaşlıq çərçivəsində həyata keçirdiyi və 80 min qadına çatan “Texnologiyada Fürsət Bərabərliyi” Proqramını Türkiyədən sonra ilk dəfə Azərbaycana gətirib.
Yapı Kredi Bank Azərbaycan tərəfindən icra olunan proqram çərçivəsində qadınlar; böyük məlumat, süni intellekt, bulud texnologiyaları, kibertəhlükəsizlik vəəşyaların interneti kimi gələcəyin bacarıq sahələrini əhatə edən geniş bir təhsil prosesini tamamlayıb. Təhsillərini uğurla başa vuran iştirakçılar Bakıda keçirilən tədbirdə sertifikatlarını alıblar.
Sertifikatların təqdim olunması mərasimində Bahçeşehir Universitetinin rektor müşaviri, UNITAR CIFAL İstanbul direktoru, professor doktor Çisil Sohodol və Bahçeşehir Universitetinin professoru Yücel Batu Salman da çıxış edərək proqramın əhəmiyyəti və beynəlxalq təcrübələr barədə fikirlərini bölüşüblər.
“Davamlı inkişaf üçün texnologiyanın transformativ gücünü əlçatan edirik”
"Yapı Kredi Bank Azərbaycan"ın Baş Direktoru Mete Şamil Öztürketdiyi çıxışda proqramın Azərbaycana gətirilməsi ilə bağlıdeyib:
“Yapı Kredi Bank Azərbaycan olaraq, yalnız maliyyə xidmətləri təqdim edən bir qurum olmaqdan kənara çıxmağı; cəmiyyətə dəyər qatan, transformasiyanı mənimsəyən və gələcəyi formalaşdıran bir struktur olmağı məsuliyyətimizin bir hissəsi kimi görürük. Bu yanaşma ilə Azərbaycanda genişləndirilən ‘Texnologiyada Fürsət Bərabərliyi’ proqramı bizim üçün inklüzivlik vizyonumuzun konkret bir təzahürü oldu. Çünki bilirik ki, davamlı inkişaf yalnız imkanların bərabər bölüşdürüldüyü və potensialın cinsiyyətlə məhdudlaşmadığı bir dünyada mümkündür.
Texnologiya bu gün güclü bir bərabərləşdirici rol oynayır. Lakin bu gücün həqiqətən transformativ olmasıüçün hər kəs tərəfindən əlçatan olması vacibdir. Cinsiyyət, iqtisadi şərtlər və ya coğrafi məhdudiyyətlər nə olursa olsun, hər kəsin texnologiyaya çıxışının olması, onu anlaması və bərabər şəkildə istifadə edə bilməsi daha inklüziv bir cəmiyyətin əsasını təşkil edir. ‘Texnologiyada Fürsət Bərabərliyi’ layihəmizlə iştirakçılarımıza yalnız bu günün deyil, gələcəyin dünyasına da hazırlaşa biləcəkləri geniş bir bacarıq dəsti təqdim edirik.
Türkiyədə başlayan vəçox uğurlu nəticələr əldə edilən bu layihənin Azərbaycana gətirilməsi isə bizim üçün ayrıca bir qürur mənbəyidir. Yapı Kredi Bank Azərbaycan olaraq bu qlobal vizyonun bir hissəsi olmaqdan böyük məmnunluq duyuruq.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Ən çox oxunanlar
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA






.jpg)







.jpg)




