"Birmarket": Bütün satıcılarımıza dəyən zərər tam şəkildə və operativ olaraq kompensasiya ediləcək
""Birmarket" platformasının işi artıq tam şəkildə bərpa olunub. Cari sifarişlərin ünvanlara heç bir gecikmə olmadan çatdırılması üçünsə bütün imkanlarımızı səfərbər etmişik"."Ötən gün Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarımızda baş vermiş yanğın hadisəsi zamanı operativ və peşəkar müdaxiləsi ilə alovun daha da genişlənməsinin qarşısını alan aidiyyatı dövlət qurumlarına minnətdarlığımızı bildiririk. Bu xoşagəlməz hadisə bizi kədərləndirsə də, ən böyük təsəllimiz heç bir əməkdaşımızın xəsarət almamasıdır".
Marja.az xəbər verir ki, bu, "Birmarket"in açıqlamasında deyilir.
Qeyd edilib ki, komandamızın gecə boyu davam edən fasiləsiz fəaliyyəti nəticəsində "Birmarket" platformasının işi artıq tam şəkildə bərpa olunub:
"Hazırda müştərilərimiz platforma üzərindən istədikləri məhsulu rahatlıqla sifariş edə bilərlər. Cari sifarişlərin ünvanlara heç bir gecikmə olmadan çatdırılması üçünsə bütün imkanlarımızı səfərbər etmişik.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Bizim üçün ən önəmli dəyər tərəfdaşlarımızın və müştərilərimizin bizə olan inamıdır. Hazırda dəyən ziyanın dəqiq qiymətləndirilməsi aparılır. Məhsullarını anbarımızda saxlayan bütün satıcılarımıza dəyən zərər sığorta mexanizmlərimiz çərçivəsində, tam şəkildə və operativ olaraq kompensasiya ediləcək. Heç bir partnyorumuz bu prosesdə tək qalmayacaq.
Bununla yanaşı, hadisə səbəbindən sifarişi ləğv edilmək məcburiyyətində qalan müştərilərimizə tərəfimizdən xüsusi imtiyazlar təqdim ediləcək. Bu haqda həmin istifadəçilərə platforma daxilində fərdi bildirişlər göndəriləcək.
Bu çətin anlarda bizə dəstək mesajları göndərərək həmrəylik nümayiş etdirən müştərilərimizə və tərəfdaşlarımıza təşəkkür edirik".
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 3 gün sonra
-
- 2 saat sonra
-
1 d. əvvəl
Mərkəzi Bank 3 şirkətin (elektron pul təşkilatı) lisenziyalarını ləğv etdi
- 23 d. əvvəl
-
31 d. əvvəl
Honda-da tarixi sarsıntı: 69 ildən sonra ilk dəfə illik zərər açıqlayıb
-
1 saat əvvəl
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Faktorinq şirkəti 14%-lə borca pul axtarır
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
Ən çox oxunanlar
Böyük Britaniya iqtisadiyyatı birinci rübdə 0,6% artıb
Azərbaycan neftinin son qiyməti
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
Məlumatları yerli “bulud”da saxla! – Xərclərə qənaət et!
Si Cinpin: "ABŞ və Çin rəqib deyil, tərəfdaş olmalıdır"














.jpg)







