“Azeronline” “mygov ID” platformasına inteqrasiya olunan ilk provayder oldu
“Azeronline” rəqəmsal transformasiya və məlumat təhlükəsizliyi istiqamətində növbəti yeniliyi tətbiq edib. Şirkət provayderlər arasında ilk olaraq abunəçilərin şəxsi kabinetinə giriş imkanını “mygov ID” vahid giriş sistemi ilə inteqrasiya edib.
Yeni inteqrasiya “Azeronline” müştərilərinə şəxsi kabinetə daha sürətli, təhlükəsiz və rahat şəkildə daxil olmaq imkanı yaradır. “mygov ID” üzərindən autentifikasiya şəxsi məlumatların qorunmasını gücləndirir, kənar müdaxilə risklərini minimuma endirir və xidmətlərdən istifadə prosesini sadələşdirir.
Bu addım ölkədə rəqəmsal idarəetmə və vahid xidmət ekosisteminin inkişafı istiqamətində görülən işlərin davamıdır. Rəqəmsallaşmanın genişləndirilməsi, dövlət və xidmət platformalarının vahid sistem üzərindən əlçatanlığının artırılması istiqamətində müəyyən edilmiş hədəflər özəl sektorun da bu prosesə daha fəal inteqrasiyasını tələb edir.
İnnovativ xidmət platformasının inkişafı çərçivəsində abunəçilər hazırda şəxsi kabinet vasitəsilə balans, tarif və ödənişlərini rahatlıqla idarə edə, internet sürətini ölçə bilirlər.
İnternet sürəti və xidmət keyfiyyəti sahəsində ölkənin aparıcı provayderlərindən biri olan “Azeronline” yeni inteqrasiya ilə rəqəmsal xidmət imkanlarını daha da genişləndirir. Şirkət müasir texnoloji həllər və müştəriyönümlü yanaşma əsasında həm fərdi, həm də korporativ istifadəçilər üçün etibarlı internet xidmətləri təqdim etməyə davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)













.jpg)


