Puldan düzgün istifadə etmək yolları
Uşaqlıqda yəqin ki, hər birimizin ağlından heç olmasa bir dəfə "Böyüyüb pul qazanmağa başlayacağam və onları istədiyim hər şeyə xərcləyəcəm!" kimi fikirlər keçib. Lakin pul qazanmağa və öz xərclərini özün qarşılamağa başladıqda dərhal anlayırsan ki, hər şey uşaqlıqda göründüyü kimi asan deyil. Bu fikirlər getdikcə daha da böyüyür. Pul yaşamaq istədiyimiz həyat üçün kifayət etmədikdə daha çox pul qazanmaq lazım olduğunu düşünməyə başlayırıq. Əslində isə, nə qədər çox qazansaq da, o, bizə həmişə azlıq edəcək. Lakin bizim qədər və hətta bizdən daha az pul qazanaraq istədikləri hər şeyə sahib olan insanlar da var. Bəs onların sirri nədədir? Əslində, sirr çox sadədir - onlar pulu xərcləməyi bacarırlar! Bu sənəti öyrənmək istəyirsən?
"Qayğıkeş ana"nın məsləhətlərini oxu.
Büdcəni düzgün planlaşdırmağı öyrən
-Xərcləri əvvəlcədən planlaşdırmağa çalış və onları elə bölüşdür ki, "nə az, nə çox" olsun. Hesabların hamısını ayın əvvəlində ödə. Bir qayda olaraq, ayın ilk günlərində maaş alırsan, bu isə müntəzəm hesabların ödənilməsi üçün optimal vaxtdır.
- Bütün müntəzəm ödənişlərin siyahısını tut: kommunal hesablar, mobil rabitə və internet xərcləri, sığorta haqları, kreditin ödənilməsi, qohumlara yardım və s.
- Nədə qənaət edə bildiyini anlamağa çalış və xərclərini azalt. Əgər bu, faydasız, amma sevinc bəxş edən əşyalardırsa, onlara heç vəsait xərcləməməkdənsə bu əşyalara sərf olunan xərcləri azaltmaq daha yaxşı olar. Bu kimi xərcləri özün üçün nəyəsə görə mükafat qismində həyata keçirə bilərsən.
- Lazımi əşyaların alınması üçün endirimlərdən faydalan. Çox vaxt mövsümün sonunda iri mağazalar endirim kampaniyaları keçirir. Mobil rabitənin optimal tarifinə qoşul, ünsiyyət üçün WhatsApp-dan istifadə et. Belə "xırda" şeylərə əvvəllər nə qədər pulun getdiyinə indi isə nə qədər qaldığına təəccüblənəcəksən.
- Siyahı üzrə və planlaşdırdığın məbləğ daxilində alış-veriş et. Ağıllı alış-veriş çox vacibdir.
Pul yığmağa başla
- Hədəflərini müəyyənləşdir: nə qədər pul qazanmaq istəyirsən və nəyə pul yığacaqsan, hansı arzu və planlarını reallaşdırmaq istəyirsən. Bunun üçün nə edəcəyini planlaşdır.
- Qarşına öhdəsindən gələ biləcəyin məqsədləri qoy. Əgər sən heç vaxt pul yığmamısansa və birdən mənzil üçün pul yığmaq qərarına gəlmisənsə, 99% səndə heç nə alınmayacaq. İlk öncə kiçik məqsəddən başla, onu reallaşdırdıqdan sonra qarşına bir az daha böyük məqsəd qoy, sonra isə daha irimiqyaslı məqsədə keçmək olar.
- Müntəzəm gəlirin 25%-i və əlavə gəlirin 50%-i ayrıca hesabda yığ və ya özün üçün səni arzuladığın nəticəyə maksimum tez yaxınlaşdıracaq və bununla belə həyat keyfiyyətini aşağı salmayacaq ən rahat aylıq məbləği seç.
- Pulları sərmayə kimi yatır, axı onlar da işləməlidir. Heç olmasa sadə depozitin köməyi ilə.
Pulu zövqlə xərclə
- Pullarla təəssüf hissi keçirmədən vidalaşmağı öyrən. Axı pul yığmaq bacarığının olmamasının əks tərəfi - pullarla vidalaşmağı bacarmamaqdır.
- Sənə və yaxınlarına xoşbəxtlik gətirən şeylərə pul xərclə: hobbi, səyahətlər, xeyriyyəçilik, hədiyyələr. Heç bir pul həyatın sevinclərini unutmağa dəyməz.
- Pulu özünə xərclə: öz gələcəyinə sərmayə qoymağa qorxma, təhsil al, özünü təkmilləşdir və yeni-yeni bacarıqlar əldə et. İnan, bu xərclər özünü ödəyəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 24 d. əvvəl
- 27 d. əvvəl
-
-
29 d. əvvəl
Azərbaycanda duru bitki yağları istehsalı artıb, marqarin istehsalı isə azalıb
-
1 saat əvvəl
Yaponiyada Yenə müdaxilə və faizin artırılması ehtimalı güclənib
-
1 saat əvvəl
"Tramp İranın neftini və uranını ələ keçirmək üçün əməliyyatları nəzərdən keçirir”
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Hörmüz gərginliyi Avropada qaz qiymətlərini 100 avrodan yuxarı qaldıra bilər"
-
2 saat əvvəl
"Air China" Pekin–Pxenyan reyslərini altı ildən sonra bərpa edib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Kofeşop dolu görünür, amma qazanc yoxdur - EKSPERTDƏN AÇIQLAMA
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yaponiyada Yenə müdaxilə və faizin artırılması ehtimalı güclənib
Sabah 20 dərəcə isti olacaq - PROQNOZ
Kofeşop dolu görünür, amma qazanc yoxdur - EKSPERTDƏN AÇIQLAMA
Tramp: İranla danışıqlar “həddindən artıq yaxşı” gedir, atəşkəs tezliklə mümkün ola bilər
Ən çox oxunanlar
Alüminium bazarında müharibə şoku
Hörmüzdə başlayan neft şoku Qərbə doğru yayılır
Neft, husilərin müharibəyə qoşulması və ABŞ-ın əlavə hərbi qüvvələr göndərməsilə bahalaşır
Martın 29-da gözlənilən hava şəraiti
Bayramovla Mirzoyan arasında telefon danışığı aparılıb
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir























