Əkir, bağ salır, mal-qara bəsləyir, barama yetişdirir- Universal fermer
Mirzə Cümşüdov öz təsərrüfatında taxıl, pambıq, qarğıdalı, günəbaxan və digər bitkilər əkir, bağ salır, mal-qara bəsləyir, barama yetişdirir
Tərtər rayonunun İsmayılbəyli kənd sakini Mirzə Cümşüdov təsərrüfatını çoxsahəli istiqamətdə inkişaf etdirərək, uğurlu nəticələrə nail olub. 110 hektar sahəni əhatə edən təsərrüfatda növbəli əkin sistemi tətbiq edilməklə, taxıl, pambıq, qarğıdalı, günəbaxan, şəkər çuğunduru, soya, sarımsaq və digər bitkilər, eləcə də fındıq və tut tingləri becərilir. Fermer bitkiçiliklə yanaşı, ətlik istiqamətli heyvandarlıq, quşçuluq və baramaçılıqla da məşğuldur.
Mirzə Cümşüdov bildirib ki, çoxsahəli təsərrüfat öz bəhrəsini verir. Növbəli əkin sisteminin tətbiqi, əkinlərin planlı təşkili, düzgün aqrotexniki qulluq yüksək məhsul götürməyə imkan yaradır.
Ölkəmizdə pambıqçılığa dövlət dəstəyindən bəhrələnən fermer bu il 11 hektar sahədə çiyid səpini həyata keçirib. Aqrotexniki qulluq sahəsində yaxşı məhsul yetişib və bir neçə gündən sonra pambıq yığımına başlanacaq. Ötən il yüksək məhsuldarlıq əldə edən fermer bu il hər hektardan 35 sentner məhsul gözləyir .
Fermer təsərrüfatının əsas sahələrindən biri də taxılçılıqdır. 80 hektarda taxıl yetişdirən Mirzə Cümşüdov əsasən, “Zirvə-85” buğda və “Qarabağ-22” arpa sortlarına üstünlük verib. Bitki xəstəliklərinə, zərərvericilərə və alaq otlarına qarşı vaxtlı-vaxtında mübarizə tədbirləri apardığına görə hər hektardan 47 sentner arpa və 52 sentner buğda götürə bilib.
Taxıl biçini başa çatan kimi həmin sahədə qarğıdalı əkən fermer bir ildə həm iki dəfə məhsul əldə edir, həm də dövlətdən iki dəfə subsidiya alır.
Təsərrüfatında, həmçinin 5,5 hektar şəkər çuğunduru becərən Mirzə Cümşüdov hektardan orta hesabla 53 ton məhsul yığaraq İmişli şəkər zavoduna təhvil verilib.
O, eyni zamanda 6 hektarda qarğıdalı, 2 hektarda günəbaxan, 8 hektarda yonca əkib. Sahələrdən 5,6 ton günəbaxan, 8,5 ton qarğıdalı toplayıb.
Bu il ilk dəfə 3 hektarda soya bitkisi əkən fermer 6,6 ton məhsul götürüb. Heyvandarlıq və quşçuluq üçün əvəzedilməz yem olan soyadan təsərrüfatındakı qaramalın və quşların bəslənməsində istifadə edir. Yeri gəlmişkən, onun təsərrüfatında hazırda 60 baş ətlik istiqamətli heyvan, iki min baş cücə var. Qaramalın və quşların yem təminatı təsərrüfatın hesabına ödənilir.
Mirzə Cümşüdov bu il bağçılıq təsərrüfatının yaradılmasına da başlayıb. Belə ki, 5100 ədəd fındıq, 20 min ədəd xurma, gilas, şaftalı, alma, armud, alça tingləri əkib.
Bu da hamısı deyil. Fermer cari ildə 2 qutu (38 qram) ipəkqurdu toxumu yetişdirib, 120 kiloqram barama istehsal edib. O, gələcəkdə baramaçılığı daha da genişləndirmək məqsədilə 1,65 hektar sahədə Çindən gətirilmiş 16 min 500 ədəd tut tingi əkib.
Təsərrüfatda ilin bütün vaxtında qızğın iş gedir. Hazırda sentyabr ayında əkilmiş 3 hektar sarımsaq sahəsində becərmə işləri görülür, 50 hektarda taxıl səpini aparılır. Yaxın günlərdə isə silosluq qarğıdalı biçininə başlanılacaq.
Tərtərli fermer növbəti ilin yazlıq əkinlərini də indidən planlaşdırır. 2018-ci təsərrüfat ilində 1 hektarda kartof, 15 hektarda soya, 5 hektarda şəkər çuğunduru, 5 hektarda pambıq, 4 hektarda qarğıdalı, 1 hektarda qarabaşaq əkməyi, 10 qutu ipəkqurdu toxumu yetişdirməyi nəzərdə tutur.
Fermer əldə etdiyi uğurlara dövlət dəstəyi və gərgin zəhmət sayəsində nail olduğunu deyir.
© Azərtac
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 21 saat əvvəl
-
21 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
22 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
22 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
























