Camış saxlayıb, “Hyundai” aldı
Camışçılıq faydalı və gəlirli sahədir
O, öz təsərrüfatında saxladığı camışların südündən hazırladığı ağartı məhsullarını hər il muxtar respublikanın paytaxtındakı yarmarkalarda alıcılara münasib qiymətə təklif edir. Naxşıvanda çoxlarının yaxından tanıdığı və Babək rayonunun Şıxmahmud kəndindəki nümunəvi təsərrüfat sahiblərindən olan Məhyəddin Bayramov ixtisasca baytar həkimdir. Bu gün fərdi təsərrüfatında 20-yə yaxın camış saxlayan və necə deyərlər, bu sahənin “dilini” bilən həmsöhbətim qatıqdan, qaymaqdan yaxşı gəlir götürür. Son illər Naxçıvanda heyvandarlığın inkişafı üçün həyata keçirilən kompleks tədbirlər Məhyəddin həkim kimi təsərrüfat sahiblərinin də “qol-qanadını” açıb, bu sahənin inkişafına stimul verib.
Sahibkar deyir ki, zəhmət bataqlıqda da gül bitirər. Uzun illərdir, heyvandarlıqla məşğul oluram. Olduqca gəlirli və faydalı sahədir. Ümumiyyətlə, kəndli təsərrüfatın bütün qollarından ikiəlli yapışmalıdır. Bol məhsul istehsal etməli, daxili bazara öz töhfəsini verməlidir. Fərqi yoxdur, bu, heyvandarlıqda da ola bilər, taxılçılıqda da, tərəvəzçilikdə də. Uzun illərin bəhrəsi kimi bu yaxınlarda təsərrüfatdan əldə etdiyim qazancla “Hyundai” markalı avtomobil almışam. Evdə oğul-uşağa da hər zaman məsləhət görürəm ki, kənd əməkçisi həmişə halal zəhməti ilə özünün sosial problemlərini həll etməlidir...
Haşiyə: Qeyd etmək yerinə düşər ki, muxtar respublikada son dövrlər ərzində yeni süni mayalanma məntəqələrinin istifadəyə verilməsi, süni mayalanma yolu ilə alınmış hər baş buzova görə subsidiyanın müəyyən olunması, mal-qara və heyvanların təbii yem bazası ilə təmin olunması məqsədilə torpaq sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi heyvandarlıq sahəsinin inkişafına ciddi təkan verib. Ümumiyyətlə, muxtar respublikanın təbii iqlim şəraiti heyvandarlığın bu sahəsinin intensiv inkişafı üçün olduqca əlverişlidir. Xüsusilə Arazqırağı kəndlərdə camışçılığın inkişafı üçün münbit təbii şərait mövcuddur. Həmin ərazilərdə geniş çəmənliklər, örüş sahələri və bataqlıqlar olduğu üçün bu sahəyə maraq daha çoxdur.
Məlumat üçün qeyd edək ki, bu gün Babək rayonunda da belə təsərrüfatların genişləndirilməsinə xüsusi fikir verilir. Hazırda rayonda 1003 baş camış var və Şıxmahmud-Xəlilli, Şəkərabad, Yarımca kimi kəndlərdə bu heyvanların bəslənilməsinə xüsusi fikir verilir.
Avropa ölkələrində “qara mirvari” adlandırılan bu heyvanların sayı ilbəil artır.
“Camışa qamış ver, ət və süd al”
Məhyəddin həkim deyir ki, camış südlük və ətlik istiqamətli olur. İnəyə nisbətən camış az süd verir. Lakin digərləri ilə müqayisədə camışın üstün keyfiyyətləri kifayət qədərdir. Bu heyvanlar yemə az tələbkardır. Camış həm də qaba yemləri yaxşı həzm edir. “Camışa qamış ver, ət və süd al” məsəli də fikrimcə, buradan yaranıb. Həmçinin bu heyvanlar xəstəliyə və isti hava şəraitinə dözümlüdür.
Təzə camış südü isə çox ləziz olur. Gündəlik sağmal camışlardan 3-4 litr süd sağılır. Bu süddən keyfiyyətli qatıq və süzmə, əvəzsiz qaymaq, ayranından dadlı şor hazırlayırlar. Camış qatığı inək və qoyun qatığından dadlı, yağlı və qiymətli hesab olunur. Müqayisə üçün deyim ki, 1 kiloqram yağın alınması üçün 22 litr inək südü tələb olunursa, eyni həcmdə yağ üçün 8 litr camış südü lazımdır. Bu gün Naxçıvan bazarında istehsal olunan həmin ağartı məhsullarının yaxşı da alıcısı var. Mən özüm həftə sonları təşkil olunan satış yarmarkalarında iştirak etməklə yanaşı, məhsulumu Bakı şəhərinə də göndərirəm. Yayda kəndimizə gələn qonaq-qara qatığı, qaymağı əl-əl axtarır. Onu da deyim ki, inək südündən alınmış yağı soyuducuda 3-4 gün saxlamaq mümkün olduğu halda camış yağını 20 gün saxlasanız, xarab olmaz. Məsləhət görərdim ki, əgər heyvandarlar camış südündə yağın miqdarını artırmaq istəyərlərsə, camışları balaqsız (camışın balası) sağmalıdırlar.
Camış dərisindən keyfiyyətli gön hazırlanır. Bu dəri inək dərisinə nisbətən qalın olur. O yaxşı aşılandıqdan sonra ondan möhkəm ayaqqabı və digər dəri məmulatları hazırlanır. Bu heyvanın əti də keyfiyyətinə görə digər heyvanların ətindən fərqlənir.
Məhyəddin həkim sonda bizi olduqca maraqlı bir məlumatla tanış edir və deyir ki, son illər tibb elmində belə bir fikir formalaşmağa başlayıb ki, camış qatığı xərçəng xəstəliyinin qarşısını alan yüksəkkeyfiyyətli qida məhsuludur. Ona görə də Naxçıvan şəhərində camış məhsullarının satışı üçün ayrıca ixtisaslaşdırılmış mağazanın yaradılması faydalı olar.
© Muxtar RZAZADƏ, “Şərqin səhəri” qəzetinin redaktoru
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
6 d. əvvəl
PAŞA Bank növbəti “Bazar trendləri və hedcinq məhsulları” tədbirini keçirib
-
- 12 d. əvvəl
-
22 d. əvvəl
Süni intellekt əsaslı çağrı mərkəzlərinin rəqəmsal transformasiyada rolu - MÜSAHİBƏ
-
31 d. əvvəl
Azerconnect Group İçərişəhərdə süni intellekt əsaslı həllər tətbiq edəcək
- 59 d. əvvəl
-
1 saat əvvəl
Nazir müavini: "2030-cu ilə qədər mal əti istehsalının 20 %-dən çox artırılması hədəflənir"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük Komitəsinin büdcə öhdəliyini yerinə yetirə bilməməsinin səbəbləri məlum olub
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 13-də gözlənilən hava şəraiti
Nazir müavini: "2030-cu ilə qədər mal əti istehsalının 20 %-dən çox artırılması hədəflənir"
"Bəzi sahələrə ayrılan subsidiyalar səmərəsizdir"
Ən çox oxunanlar
"Dövlət müəssisələri daha çox dividend ödəyə bilər"
Gömrük Komitəsinin büdcə öhdəliyini yerinə yetirə bilməməsinin səbəbləri məlum olub
Əliyev Putini təbrik etdi
AzVak-da yeni iş elanları - SİYAHI
Bank Respublika “Ümumdünya Qan Donoru Günü” ərəfəsində ənənəvi qanvermə aksiyası keçirib
FAB boya ixrac xəritəsini genişləndirir: növbəti hədəf- Şimali Afrika və Yaxşı Şərq bazarı
ABŞ “İranla müharibə ilə bağlı böyük bir razılaşma əldə edib” və bu, “sənədlərin yekunlaşdırılmasına” bağlıdır























