Azərbaycan qocalır!
Demoqrafik statistikaya görə, Azərbaycanda əhali arasında 65 və daha yaşlı insanların xüsusi çəkisi tədricən artır.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasında BMT-Malta Beynəlxalq Qocalma İnstitutu, Azərbaycan Herontoloqlar Cəmiyyəti və AMEA-nın birgə təşkilatçılığı ilə herontologiya və heriatriya üzrə Beynəlxalq məktəbin açılış mərasimində çıxış edən AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov bildirib.
Əhalinin qocalması probleminin ölkəmizdə də özünü göstərdiyini söyləyən akademik bildirib ki, həyat keyfiyyətinin yaxşılaşdırılmasına, aktiv uzunömürlülüyə yönəlmiş, o cümlədən müasir texnologiyaların istifadəsi ilə yaşla bağlı xəstəliklərin profilaktikası və müalicəsini özünə daxil edən müvafiq dövlət proqramlarının işlənib-hazırlanması zəruridir. O, bununla bağlı AMEA rəhbərliyinin və ölkənin tibb ictimaiyyətinin dəstəyi ilə bu ilin əvvəlində yaradılan Azərbaycan Herontoloji Cəmiyyətinin qarşısında mühüm işlər dayandığını söyləyib.
Ə.Əmiraslanov qeyd edib ki, herontologiya və heriatriya üzrə məktəb bu sahənin fundamental əsasları, qocalmanın demoqrafik aspektləri, keçid iqtisadiyyatlı ölkələrdə yaşlı insanların problemləri, onlara tibbi-sosial yardım, ahılların sosial statusunu, rolunu və bir çox digər məsələlərin geniş dairəsini əhatə edən multidissiplinar təhsil proqramıdır. Proqramın məqsədi hər bir iştirakçının müzakirələr prosesində iştirakı və təklif olunan materialın dərindən mənimsənilməsidir.
Ə.Əmiraslanov əlavə edib ki, herontoloji tədqiqatlar istiqaməti Azərbaycan elminin yaxın 10-15 il üçün prioritetlərindən biridir. Natiq AMEA-nın bəzi institutlarının yerli və xarici tərəfdaşlarla birgə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə uzunömürlülüyün fizioloji və molekulyar-genetik mexanizmlərinin öyrənilməsi üzrə beş illik elmi tədqiqat proqramını həyata keçirdiyini diqqətə çatdırıb.
© Trend
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 11 saat sonra
-
-
5 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
6 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
6 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
6 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
7 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb
























