“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Dünya valyuta birjalarında Amerika iqtisadiyyatı üzrə gələcək gözləntilər fonunda dolların qismən ucuzlaşdığının şahidi oluruq. Belə ki, Amerikada infrastruktur investisiyaları həcminin artması və əmək bazarında cari vəziyyətin inflyasiyanın artım sürətini yüksəldəcəyi gözləntiləri, dolların qismən ucuzlaşmasına səbəb olur. Eyni zamanda, Avrozonada da inflyasiyanın 2%-ə yaxınlaşması, valyuta birjalarında EUR/USD-ın da bahalaşmasına dəstək olur. InvestAZ analitikləri keçən həftə ərzində 1.07$-a kimi bahalaşan məzənnənin gələcək günlərdə də 1.06$-ın üzərində ticarət edilə biləcəyini proqnozlaşdırırlar. Bu həftənin çərşənbə günü Bakı vaxtı ilə saat 14:00-da isə Avrozonanın inflyasiya göstəricisi açıqlanacaqdır.
GBP
Funt/Dollar cütlüyünün qiyməti isə BREXIT referendumunun iqtisadi nəticələri üzrə gözləntilər fonunda 1.21$-ın üzərində möhkəmlənməyə çalışdığının şahidi oluruq. InvestAZ analitiklərinin fikrincə, GBP/USD məzənnəsi bu səviyyənin üzərində möhkəmlənərsə, 1.24$-a kimi bahalaşa bilər. Cari həftənin çərşənbə axşamı Böyük Britaniyanın baş naziri Tereza Mayın BREXIT planları ilə bağlı mətbuat konfransı da gözlənilir.
TRY
Türkiyədə siyasi hadisələrin yaratdığı təsir ilə USD/TRY məzənnəsi də keçən həftə ərzində bahalaşaraq, Türk lirəsinin 3.94TL-ə kimi ucuzlaşmasına səbəb olmuşdur. Lakin Türkiyə prezidentinin mətbuat çıxışından sonra isə Türk lirəsi yenidən 3.72TL-ə kimi bahalaşdı. Maliyyə bazarlarında Dollar/Lirə məzənnəsinin gələcək günlər ərzində 3.80TL ətrafında ticarət ediləcəyi proqnozlaşdırılır.
OIL
Enerji bazarlarında Avropanın Brent markalı neftin qiyməti keçən həftə ərzində 56$ ətrafında ticarət olunub. Dünya birjalarında dolların ucuzlaşması neft qiymətlərinin bahalaşmasına müsbət təsir edir və qiymətlərin əlavə olaraq 58$-a kimi də dəyər qazana biləcəyi gözlənilir. Eyni zamanda, artıq bəzi OPEC dövlətləri neft hasilatının azaldılmazı razılaşmasını həyata keçirməyə başlayıblar.
GOLD
Əlvan metallar bazarlarında isə qızılın bir unsiya üzrə qiyməti keçən həftə ərzində 1207$-a (38.7 $/qram) kimi bahalaşdıqdan sonra ucuzlaşmağa başlayıb. Qızılın qiymətində bahalaşma müvəqqəti qiymətləndirilir və yenidən 1175$ (37.7 $/qram) və 1155$-a (37.0 $/qram) kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin
Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Bayram günlərində 12 bankın 60 satış nöqtəsi, 68 poçt şöbəsi və valyuta mübadiləsi məntəqələri xidmət göstərəcək - SİYAHI
SON XƏBƏRLƏR
- 18 saat sonra
- 15 saat sonra
-
2 saat əvvəl
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
-
-
2 saat əvvəl
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
-
3 saat əvvəl
İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
- 3 saat əvvəl
-
4 saat əvvəl
Fərid Məmmədov “Forbes”da Azərbaycanın yeni rəqəmsal erasından bəhs etdi
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
Ötən ay təyin edilən icra başçısı işdən çıxarıldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
“McDonald’s Azərbaycan” Yeni Yasamalda restoran açdı - FOTO
Dekabrın 29-da gözlənilən hava şəraiti - XƏBƏRDARLIQ
"Xalq Bank"ın istiqrazlarına 72 investordan 72 sifariş
Azərbaycan bankı Fevralın 1-dən tarixindən islami məhsullarını təqdim edəcək - ŞƏRTLƏR





















