Bakıda dünya çempionatı keçiriləcək -Təşkilat Komitəsi yaradıldı
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci il 5-9 iyun tarixində Bakı şəhərində keçirilməsinə dair qərarı Azərbaycan Respublikasının idman siyasətinin daha bir qələbəsi və beynəlxalq federasiyalar tərəfindən ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə olunan nailiyyətlərə verilən növbəti yüksək qiymətdir.
Respublikamızın son illər ərzində artan potensialı nəticəsində beynəlxalq səviyyəli tədbirlərin, xüsusilə ilk Avropa Oyunlarının və Ümumdünya Şahmat Olimpiadasının, voleybol üzrə qadınlar arasında Avropa çempionatının, “Tour d’Azerbaidjan” beynəlxalq velosiped yarışının, o cümlədən bir çox idman növləri üzrə dünya və Avropa çempionatlarının, dünya kuboku və Qran-Pri yarışlarının təşkilinin ənənəvi hal alması bu dünya çempionatının da yüksək səviyyədə keçiriləcəyinə inam yaradır. Velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının Bakı şəhərində keçirilməsi Azərbaycanın dünya idman aləmində yerinin daha da möhkəmlənməsinə şərait yaradacaqdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2018-ci ildə velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci ilin iyun ayında Bakı şəhərində keçirilməsi üçün aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:
Təşkilat Komitəsinin sədri | ||
Yaqub Eyyubov | –
| Azərbaycan Respublikası Baş nazirinin birinci müavini |
Təşkilat Komitəsinin üzvləri | ||
Hacıbala Abutalıbov | – | Bakı şəhər İcra Hakimiyyətinin başçısı |
Yusuf Məmmədəliyev | – | Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri |
Azad Rəhimov | – | Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti |
Fazil Məmmədov | – | Azərbaycan Respublikasının vergilər naziri, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti |
Elmar Məmmədyarov | – | Azərbaycan Respublikasının xarici işlər naziri |
Ramil Usubov | – | Azərbaycan Respublikasının daxili işlər naziri |
Kəmaləddin Heydərov | – | Azərbaycan Respublikasının fövqəladə hallar naziri |
Samir Şərifov | – | Azərbaycan Respublikasının maliyyə naziri |
Ramin Quluzadə | – | Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri |
Əbülfəs Qarayev | – | Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri |
Oqtay Şirəliyev | – | Azərbaycan Respublikasının səhiyyə naziri |
Mikayıl Cabbarov | – | Azərbaycan Respublikasının təhsil naziri |
Aydın Əliyev | - | Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri |
Mədət Quliyev | – | Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi |
Firudin Nəbiyev | - | Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi |
Elçin Quliyev | – | Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi |
Cahangir Əsgərov | – | “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti |
Balababa Rzayev | – | “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri |
Çingiz Hüseynzadə | – | Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti. |
2. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılan Təşkilat Komitəsi 2018-ci il 5-9 iyun tarixində velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planı hazırlayıb həyata keçirsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Müştərilərin xəbərləri
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Bayram günlərində 12 bankın 60 satış nöqtəsi, 68 poçt şöbəsi və valyuta mübadiləsi məntəqələri xidmət göstərəcək - SİYAHI
SON XƏBƏRLƏR
- 4 saat sonra
- 2 saat sonra
-
28 d. əvvəl
Gənclərin xarici ölkələrdə təhsil almalarına ayrılan vəsait artırılır
-
-
55 d. əvvəl
İşğaldan azad edilmiş ərazilərdə daha 3 Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Daha bir böyük məbləğli büdcə təsdiq edildi -13 MİLYARD 32 MİLYON MANAT
- 12 saat əvvəl
-
15 saat əvvəl
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
-
15 saat əvvəl
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
Ən çox oxunanlar
Şuşa Bank və Sığorta Binası tikilib
Ötən ay təyin edilən icra başçısı işdən çıxarıldı
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
“McDonald’s Azərbaycan” Yeni Yasamalda restoran açdı - FOTO



















