Azərbaycan-İran Ticarət Palatası yaradıla bilər
Dekabrın sonunda İranda (Astara) Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 12-ci iclası keçiriləcək.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bu barədə iqtisadiyyat naziri, Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə ilə görüşündə müzakirələr aparılıb.
Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi üzrə görülən işlərə və dəhlizin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsinə, birgə layihələrə və iqtisadi sahədə əlaqələrin genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.
Görüşdə 2017-ci ildə Pirallahı Sənaye Parkında təməli qoyulmuş Azərbaycan-İran birgə əczaçılıq zavodunun tikintisi üzrə işlərin sürətləndirilməsinə dair müzakirələr aparılıb, Azərbaycanın Səhiyyə Nazirliyinin mütəxəssislərinin dekabr ayında Təbriz şəhərinə səfər edəcəkləri bildirilib.
Bundan başqa, Neftçala Sənaye Zonasındakı birgə avtomobil istehsalı zavodunda tamamlama işlərinin gedişi barədə müzakirələr aparılıb.
Ş. Mustafayev Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, iqtisadi əlaqələrin inkişaf etdiyini vurğulayıb, Dövlət Komissiyanın növbəti iclasında müzakirə olunacaq məsələlərə dair fikirlərini bildirib. İqtisadiyyat naziri hər iki ölkənin aidiyyəti qurumlarının iştirakı ilə "Xudafərin" və "Qız Qalası" Sazişi üzrə "Birgə Texniki Komissiya"nın ilk iclasının da dekabr ayında İranın Xudafərin şəhərində keçirilməsini təklif edib.
C. Cahangirzadə iqtisadi əlaqələrin genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşüb, iranlı investorların Azərbaycanda sənaye sahəsinə investisiya qoymaqda maraqlı olduqlarını, Azərbaycan-İran Ticarət Palatasının yaradılmasını təklif edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
-
1 gün sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
-
1 saat əvvəl
NATO: Türkiyəyə buraxılan İran raketi vurulub, üzvlərimizi müdafiə edəcəyik
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
Almaniyada inflyasiya İrandakı müharibənin təsiri ilə 1,5 ilin ən yüksək səviyyəsindədir
-
3 saat əvvəl
İsrail Xəzər yaxınlığında İranın hava müdafiə sistemlərinə zərbə endirib
-
3 saat əvvəl
ABŞ-ın maliyyə naziri: "Hörmüzə nəzarəti yenidən ələ keçirəcəyik"
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
6 saat əvvəl
Rusiya və Serbiya arasında qaz müqaviləsinin müddəti 3 aylıq uzadılıb
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
Müharibə Avrozonada inflyasiya gözləntilərinə təsir edib
Azərbaycanın şirkətlər qrupunun Daşkənddə ofisi açıldı
"İranda yeni və daha qəbul edilə bilən bir rejimlə ciddi danışıqlar aparırıq, böyük irəliləyiş əldə olunub"
Ən çox oxunanlar
Yaponiyada Yenə müdaxilə və faizin artırılması ehtimalı güclənib
Sabah 20 dərəcə isti olacaq - PROQNOZ
Abşeron Ticarət Mərkəzi sahibkarlara dəstək göstərəcək
İran müharibəsi restoranlara da mənfi təsir göstərir
Kofeşop dolu görünür, amma qazanc yoxdur - EKSPERTDƏN AÇIQLAMA
Tramp: İranla danışıqlar “həddindən artıq yaxşı” gedir, atəşkəs tezliklə mümkün ola bilər























