Nərdivan və iskələ sistemləri Azərbaycan bazarında!
Hazırda Azərbaycanda gedən iri inşaat, neft-qaz və sənaye layihələri çərçivəsində həm yerli mütəxəssislərimiz, həm də ölkəmizə dəvət olunan əcnəbi mütəxəssislər layihələrin beynəlxalq standartların tələblərinə cavab verməsi üçün keyfiyyətli məhsullardan istifadə etməyi öz işlərində prioritet hesab edirlər. Artıq alışdığımız ənənəvi üsullar müasir dünya tələbləri ilə əvəz olunmağa başlayıb.
İnşaat və Sənaye sahəsində istifadə olunan nərdivan və iskələ sistemlərində də standartların gətirilməsi təhlükəsizliyin təmin edilə bilməsi üçün şərtdir.
“Universal PRO” MMC olaraq biz də hər zaman keyfiyyətli, dünya standartlarının tələbinə cavab verən, sertifikatlı məhsulların Azərbaycanda satışını təmin edirik. 2009-cu ildən etibarən Türkiyənin ən böyük nərdivan və isgələ sistemləri istehsalı ilə məşğul olan “Çağsan” şirkətinin Azərbaycanda rəsmi nümayəndəsi də Universal PRO MMC-dir.
1983-cü ildə təsis olunan “Çağsan” şirkəti 1992-ci ildə yenilənərək alüminium nərdivan, modulyar isgələ sistemləri, xüsusi növ sənaye tipli platformalar, ərazi üçün iş platformaları, ev və ofis tipli nərdivanların istehsalı ilə məşğuldur.
Hazırda şirkət Balıkesirdə yerləşən sənaye bölgəsindəki yeni istehsal sahəsinə köçmüşdür. Nəticədə şirkətin illik məhsul istehsal gücü artmışdır. Bununla yanaşı şirkət tədqiqat və inkişaf (R&D) prinsipini göz önündə saxlayaraq məhsul çeşidlərini daima təkmilləşdirmək və müştəri tələblərinə uyğunlaşdırmağı özünə əsas istiqamət seçmişdir. İstehsal olunan məhsullar TÜV-SÜD EN 131-7, TÜV-SÜD EN 131, TS EN 1004, CE sertifikatlıdır. Şirkət özü isə fəaliyyətini ISO 9001:2008, ISO 10002:2014, ISO 14001:2004, OHSAS 18001:2007 beynəlxalq standartlarının tələblərinə uyğun olaraq davam etdirir. 11.10.2017-ci il tarixdə əsas məhsul çeşidlərindən olan iki hissəli isgələ sistemləri (Telesafe) də TS EN 1004 sertifikatı ilə təmin olunmuşdur.
3 qitədə 30-dan çox ölkəyə öz məhsullarını ixrac edən “Çağsan” şirkəti Türkiyədə və Azərbaycanda ən böyük layihələri öz məhsulları ilə təchiz edir. Buna misal olaraq İstanbulda tikilən 3-cü hava limanı, Enka, Orhangazi asma körpüsü, Polimex Rönesans, Yapı Merkezi və s., Azərbaycanda isə Üstay Group, Azfen, Tekfen, İlk İnşaat, Novarte Construction, Sinerji PRO, Prokon kimi nüfuzlu şirkətlərin layihələrində istifadə olunur.
“Universal Pro” və “Çağsan” şirkətlərinin birgə əməkdaşlığı ilə yaxın gələcəkdə Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətlərlə birlikdə maarifləndirici korporativ tədbirin təşkil olunması planlaşdırılır.
Ünvan: Ziya Bünyadov 2075, Nərimanov r-nu. (Baku Steel Company ilə üzbəüz)
Tel: +994 51 555 0 555/ 012 447 00 44
https://www.facebook.com/universalprollc




Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 3 saat sonra
-
29 d. əvvəl
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
- 33 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
- 1 saat əvvəl
-
1 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
1 saat əvvəl
"Əsas suallardan biri “Fukidid tələsi”ndən qaçmağın mümkün olub-olmayacağıdır"
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Böyük Britaniya iqtisadiyyatı birinci rübdə 0,6% artıb
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
Məlumatları yerli “bulud”da saxla! – Xərclərə qənaət et!
Ən çox oxunanlar
Si Cinpin: "ABŞ və Çin rəqib deyil, tərəfdaş olmalıdır"
Rəsmi məzənnələr açıqlandı
Trampın FED sədri vəzifəsinə namizədi Senat tərəfindən təsdiqlənib - Kevin Uorş dövrü başlayır
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 30 GÜN







.jpg)














.jpg)

