Bitkiçilikdə və heyvandarlıqda mikroblara qarşı yeni dərman - 95% EFFEKTLİDİR
Azərbaycan Milli Elmlər Akademiyası akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun alimləri tərəfindən kənd təsərrüfatında bitkilərin xəstəliklərinə və heyvandarlıqda mikroblara qarşı yeni dərman preparatı (İAF-1) sintez olunub.
İnstitutdan bildirilib ki, “İAF-1” dərman preparatı Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun Cəlilabad dayaq mərkəzində kartofçuluqda kolorada böcəyinə, tərəvəz bitkilərində yaşıl qurdlara və mənənələrə qarşı insektisid kimi sınaqdan çıxarılıb. İnsektisidin ilkin və iki il ardıcıl çöl sınaqları nəticəsində müəyyən edilib ki, preparatın texniki səmərəliliyi 95 faiz olur. Bu da hazırda istifadə olunan insektisidin texniki səmərəliliyi ilə eynidir, iqtisadi səmərəliliyinə görə isə “İAF-1” analoji preparatlarla müqayisədə iki dəfə ucuz başa gəlir.
“İAF-1” preparatının Baytarlıq İnstitutunda da sınaqları aparılıb. “İAF-1”in bağırsaq çöpləri mikroblarına qarşı bakterisid təsirinin öyrənilməsi nəticəsində müəyyən edilib ki, göstərilən maddənin 0,5 faizli suda məhlulu “E.Coli”ni 15 dəqiqə müddətində tam məhv edir. Bundan başqa “İAF-1”in bağırsaq çöplərinə görə dezinfeksiyaedici xassəsi də öyrənilib.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb






.jpg)






.jpg)


