İsmayıllıda Müalicə və Sanatoriya Mərkəzi tikilir
İsmayıllıda yeni iş yerlərinin açılması və əhalinin məşğulluğunu təmin etmək məqsədilə Keyvəndi kəndində iri heyvandarlıq təsərrüfatının, şəhərin M.F.Axundov küçəsində iki doqquzmərtəbəli yaşayış binasının, Heydər Əliyev prospektində beşmərtəbəli dördulduzlu hotelin, Tircan kəndi yaxınlığında Bədo İstirahət, Müalicə və Sanatoriya Mərkəzinin tikintisi davam etdirilib.
"Marja" xəbər verir ki, bunu İsmayıllı rayon icra hakimiyyətinin başçısı, əməkdar elm xadimi Mirdaməd Sadıqov bildirib.dan
O qeyd edib ki, Kürdmaşı kəndində “Buta” şirkətlər qrupu tərəfindən 3 min ton tutumu olan soyuducu kameranın tikintisi başa çatdırılıb və iki kamerada məhsul qəbuluna başlanıb. Qalan sahələrdə isə tikinti-quraşdırma işləri davam edir.
İsmayıllı şəhərinin S.Ə.Şirvani küçəsində “Azərxalça” ASC tərəfindən Xalçaçılıq müəssisəsinin tikintisi başa çatıb və istehsalat fəaliyyətinə start verilib. Müəssisə tam gücü ilə işə düşdükdən sonra burada 170 nəfər toxucu işləyəcək. Hazırda obyektin həyətində abadlıq və yaşıllaşdırma işləri həyata keçirilir.
MEYVƏÇİLİK START GÖTÜRÜR
Diyallı kəndində dəyəri 1200 min manat olan böyürtkən, moruq və s. giləmeyvələrinin yetişdirilməsi üçün örtülü təsərrüfat təşkil edilib. Bundan başqa, 2017-ci ilin yaz mövsümündə Kəlbənd kəndində 7, Qalınçaq kəndində 31,5 hektar sahədə intensiv meyvə bağları salınıb. Eyni zamanda Qubaxəlilli kəndi ərazisində 40, Tircan kəndində isə 7.5 hektar qoz bağı əkilib. Rayon mərkəzinə ən yaxın məsafədə yerləşən kəndlərdən olan Diyallı kəndi də prosesdən kənarda qalmayıb. Burada 3 hektar şaftalı, 5 hektar sahədə isə qoz bağı salınıb.
"BƏDO" SUYU
Milli Elmlər Akademiyasının Geologiya İnstitutu tərəfindən İsmayıllı rayonunun Tircan kəndindəki “Bədo” adlı bulağın suyunun tərkibi öyrənilib. Böyrək, mədə-bağırsaq və öd kisəsində xəstəliyi olan insanlar köhnəlmiş yumurta iyi verən bu sudan içib şəfa tapır, həmçinin bu su həzm prosesinə də kömək edir. Laborator analizin nəticəsindən aydın olub ki, "Bədo" hidrokarbonatlı, kükürd qazlı (H2S) mineral sudur.
İsmayıllı əhalisi "Bədo"nu iyinə görə Dəvəçi rayonundakı Qalaaltı quyusunun suyu ilə eyni tipli hesab edir. Lakin alimlər onların tərkibində xeyli fərqlərin olduğunu qeyd edir. Belə ki, Qalaaltı suyunda maqnezium, həll olmuş üzvi maddələr - fenol, alifatik turşular, bitum və s. tərkiblər vardır, "Bədo"da isə yoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















