Expressbank-la alış-veriş sərfəli və hədiyyəli!
Müştərilərinin maliyyə vəsaitlərinin daha səmərəli istifadəsinin qayğısında olan Expressbank yeni aksiya təqdim edir.
Aksiya çərçivəsində Gənclik Mall, Əhmədli qəsəbəsi və 20 Yanvar metrostansiyasının yaxınlığında fəaliyyət göstərən “Bravo” hipermarketlərində Expressbank-ın plastik kartları ilə ödəniş etmək ikiqat sərfəli oldu. Belə ki, 22 dekabr – 15 yanvar tarixlərində Expressbank-ın istənilən Mastercard və ya Maestro kartları ilə minimum 40 AZN həcmində ödəniş edən bütün müştərilər ödəniş qəbzini “Bravo” supermarketin Müştəri Xidmətləri masasına təqdim etməklə müxtəlif hədiyyələrə sahib olacaqlar.
Amma bu son deyil! Expressbank-ın plastik kart sahibləri ExpressClub layihəsi çərçivəsində ölkədaxili POS-terminallar vasitəsi ilə xərclədikləri vəsaitin 0,3% hissəsini kartlarına geri aldıqlarından, “Bravo” supermarketində alış-veriş onlar üçün daha sərfəli olacaq.
Qeyd edək ki, Expressbank-ın plastik kartlarına sahib olmaq istəyən müştərilər Expresso kartlarını 5 AZN, Maestro kartlarını 6 AZN, MasterCard Standart kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN/USD/EUR/GBP ilkin mədaxil etməklə MasterCard Gold, 800 AZN/USD/EUR/GBP ilkin mədaxillə isə MasterCard Platinum kartlarını pulsuz sifariş etmək mümkündür.
Müştərilər həmin vəsaiti heç bir komissiya olmadan nağdlaşdıra və ya ExpressClub layihəsi çərçivəsində ölkədaxili POS-terminallarda ödəməklə xərclərini gəlirə çevirə bilərlər.
Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 5000-dək POS terminal və 600-dən artıq Expresspay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
23 d. əvvəl
"İPO üzrə parametrləri Novruz bayramından dərhal sonra açıqlayacağıq"
-
-
37 d. əvvəl
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
-
1 saat əvvəl
“129 milyon manat və ya xalis mənfəətin 60%-i həcmində dividend ödənişimiz olub”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
Sabaha olan hava proqnozu
Ən çox oxunanlar
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq






















